Icma.az
close
up
RU
Qərbin müdaxilələri Cənubi Qafqazda sabitliyi poza bilər Politoloq

Qərbin müdaxilələri Cənubi Qafqazda sabitliyi poza bilər Politoloq

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyada gedən geosiyasi hadisələr, global təhlükəsizlik və müharibə riskləri hər zamankindən daha çox diqqət çəkir. Son zamanlar müxtəlif coğrafiyalarda baş verən münaqişələr, xüsusən də Yaxın Şərq və Şərqi Avropadakı gərginliklər, Üçüncü Dünya Müharibəsinin mümkünlüyünü gündəmə gətirir. Həm regional, həm də qlobal güclərin  münaqişələrinin qarşılıqlı dərinləşməsi Üçüncü Dünya Müharibəsinin alovlanmasına səbəb ola bilərmi? 

Məsələ ilə bağlı ilə bağlı politoloq Tural İsmayılov "Operativ Media"ya açıqlama verib.

Politoloq bildirib ki, hazırda dünyada gedən proseslərin fonunda, Üçüncü Dünya Müharibəsinin hər anını müşahidə edirik: "Son dövrlərdə, çox aktiv şəkildə, Üçüncü Dünya Müharibəsinin başlaması ehtimalı artmışdır. Dünyanın müxtəlif coğrafiyalarında baş verən hadisələr, həmçinin Yaxın Şərqdəki bitmək bilməyən gərginlik, Suriyada yenidən qızışan müharibə vəziyyəti, Ukrayna münaqişəsinin uzanması və digər geosiyasi gərginliklər, bütün bunlar Üçüncü Dünya Müharibəsinin astanasında olduğumuzu söyləməyə əsas verir. Dünyanın müxtəlif nöqtələrində, xüsusilə də böyük güclərin münaqişəyə müdaxiləsi ilə, qlobal təhlükəsizlik daha da təhdid altına düşür.

Eyni zamanda, Üçüncü Dünya Müharibəsi riskini törədən amillər arasında hələ də həll edilməmiş və ya unutulmuş bəzi münaqişələr mövcuddur. Bu münaqişələrin davam etməsi və ya hələ də həll olunmaması vəziyyəti, qlobal gərginliyi daha da artırır və dünya birliyinin gələcəyini qeyri-müəyyən edir. Bu da, öz növbəsində, Üçüncü Dünya Müharibəsinin aktiv fazaya daxil olmasına səbəb ola bilər. Hərbi, iqtisadi və siyasi sahələrdəki mürəkkəb əlaqələr, daha çox ölkənin münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər".

T. İsmayılov Gürcüstanda baş verən hadisələrə münasibət bildirib:

"Gürcüstanda baş verən hadisələri isə Üçüncü Dünya Müharibəsinə giriş kimi xarakterizə etmək olmaz. Gürcüstanda baş verənlər, daha çox, bəlli imperialist dairələrin öz maraqlarını güdmək məqsədilə bir ölkənin dövlətçilik qərarlarına və gələcəyinə müdaxilə etməsidir. Gürcüstanın suverenliyinə qarşı hər hansı bir təzyiq, bu ölkənin müstəqilliyini təhdid edən güclərin təxribatçı fəaliyyətidir.

Gürcü xalqının iradəsini saymayan və bu prosesi qəsdən gərginləşdirməyə çalışan Qərbin bəlli imperialist dairələri, Gürcüstana qarşı bütün təxribat üsullarından istifadə edərək vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Qərbin müdaxilələri, yalnız Gürcüstanın daxilində deyil, bütövlükdə Cənubi Qafqaz regionunda da sabitliyi poza bilər. Bu, bölgə üçün ciddi təhlükələr yaradacaq və daha geniş miqyaslı bir münaqişə ehtimalını artıracaqdır.

Əlbəttə ki, bu hadisələr fonunda Gürcüstanda xaosun daha da dərinləşməsini istəyənlər var. Ancaq bu planlar, heç vaxt özünü doğrultmayacaq. Gürcüstan xalqı, hər zaman xarici müdaxilələrə qarşı dayanmış bir xalqdır. Gürcü xalqı ağıllı və müdrik xalqdır, və ölkələrinə qarşı həyata keçirilən xain sabotaşların qarşısı alınacaq. Bu xalqın dövlətçiliyini təhdid edən hər hansı bir qüvvə, mütləq cəmiyyətdəki müsbət reaksiyaları və xalqın iradəsini nəzərə alacaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 02 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri