Icma.az
close
up
RU
“Qərbin planları Ukraynanı xilas etmir”

“Qərbin planları Ukraynanı xilas etmir”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna böhranı ətrafında gedən mövcud proseslər aydın məqamlardan daha çox qeyri-müəyyənliklə müşayiət olunur”.

Bunu politoloq Tofiq Abbasov XalqCəbhəsi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, ayrı-ayrı detalları bir araya gətirdikdə, ortada son dərəcə mürəkkəb və dolaşıq bir dilemma ortaya çıxır:

“Bu proseslər göstərir ki, münaqişənin real çıxış yolu hələ də tapılmayıb. ABŞ faktiki olaraq prosesdən uzaqlaşır və bu, Qərb dövlətlərini ciddi şəkildə narahat edir. Donald Trampın mövqeyi isə açıqdır: o, müharibənin əleyhinədir və mesajı belədir ki, əgər müharibə etmək istəyirsinizsə, bunu özünüz edin, öz qüvvələrinizi cəlb edin. Qərbdən səslənən bəyanatlar daha çox dəbdəbəli ritorika xarakteri daşıyır və onların arxasında konkret əməli addımlar görünmür.
Çoxmillətli qüvvələrin Ukraynaya yeridilməsi ilə bağlı Almaniya, Fransa, Polşa kimi ölkələrin adları çəkilir. Amma əsas sual budur: bu qüvvələrin missiyası nədən ibarət olacaq? Onların Ukraynaya göndərilməsi real olaraq nəyi dəyişəcək? Bu məsələlər açıq qalır. Vəziyyət həqiqətən də son dərəcə böhranlıdır və Avropa çıxış yolu tapmaq üçün müxtəlif variantlar irəli sürür. Vaxtilə Fransa Ukraynaya milli diviziya göndərə biləcəyini bəyan etmişdi. Lakin bunların hamısı daha çox siyasi bəyanatlardır. Çünki heç bir dövlət Ukraynaya görə özünü oda atmaq istəmir.
Xüsusilə Bayden administrasiyası dövründə Qərb dövlətləri Ukraynanı Rusiya ilə müharibəyə ciddi şəkildə hazırlayıb.Ayrı-ayrı batalyonlar Qərb instrukturları tərəfindən hazırlanırdı, silah-sursat verilirdi, böyük vədlər səsləndirilirdi. Lakin Ukraynanın ən vacib ehtiyaclarından biri olan hava donanmasının formalaşdırılması mümkün olmadı. Enerji təminatı ilə bağlı planlar da reallaşmadı. Döyüş meydanında effektiv fəaliyyət göstərən bir çox birləşmələr Böyük Britaniya, Almaniya və Polşanın hazırladığı qüvvələr olub. Ancaq hazırda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Hazırda təşəbbüs Rusiyanın tərəfindədir və Moskva bu üstünlüyü vermək niyyətində deyil. Rusiyanın itkiləri olsa da, bəzi mövqelərdə geri çəkilmələr cəbhə xəttinin tipik göstəricisidir.
Çoxmillətli qüvvələrin Ukraynaya yeridilməsi regionda təhlükəsizliyi artırmayacaq, əksinə daha da azaldacaq.Ukrayna demək olar ki, halsız vəziyyətə gəlib çatıb. Bunun məsuliyyəti təkcə Ukraynanın deyil, eyni zamanda Avropanın da üzərindədir. Çünki Avropa uzun müddət Kiyevi döyüşü davam etdirməyə təşviq etdi, indi də eyni çağırışları edir”.

Tofiq Abbasov vurğulayıb ki, müharibənin davamı Ukrayna üçün yalnız yeni itkilər deməkdir:
“Əgər təmas xəttində duruş gətirmək və fəal müdafiə qurmaq imkanı yoxdursa, müharibəni davam etdirməyin mənası qalmır. Nə qədər gec deyil, rəsmi Kiyev çıxış yolu tapmalıdır. Ukrayna müharibəni nə qədər tez dayandırsa, itkilərin qarşısını almaq imkanını bir o qədər artıra bilər. Ukraynada seçkilərin keçirilməsinin vacibliyini qeyd edib.Müharibə şəraitində seçkilərin keçirilməsi çətin olsa da, Zelenskinin hakimiyyətdə qalması artıq Ukraynanın zərərinə işləyir. Onun səlahiyyət müddəti faktiki olaraq bitib. Ukrayna yeni liderlə gələcəyə doğru addım atmalıdır”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Dekabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri