Icma.az
close
up
RU
Qərbin pul xərclədiyi Rusiya Ukrayna müharibəsini ABŞ ın yeni administrasiyası bitirməyə namizəddir

Qərbin pul xərclədiyi Rusiya Ukrayna müharibəsini ABŞ ın yeni administrasiyası bitirməyə namizəddir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ukraynadakı münaqişəni döyüş meydanında həll etmək mümkün deyil". Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts Fox News-a müsahibəsində bildirib. O xatırladıb ki, Amerika lideri Donald Tramp silahlı qarşıdurmaya son qoymaq niyyətindədir. Vals Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqların gedişatını müəyyən edəcək əsas şərtləri qeyd edib. “Birincisi, bu, müharibənin müvəqqəti yox, daimi sonu olmalıdır. İkincisi, döyüş meydanında buna son qoymaq olmaz. Üçüncü şərt ABŞ-ın Ukraynaya göstərdiyi “yardım strukturunun dəyişdirilməsi”nin müzakirəsi olacaq. Kiyevin uzunmüddətli təhlükəsizlik zəmanəti alması da vacibdir və "Avropa bu səylərə rəhbərlik etməlidir", - Valts əlavə edib.

Fevralın 16-da "Reuters" yazıb ki, Vaşinqton Avropa paytaxtlarına sənəd göndərib və orada Avropa ölkələrindən münaqişənin sülh yolu ilə həlli çərçivəsində Ukraynada öz qoşunlarını yerləşdirməyə hazır olduqlarını soruşub. Agentliyin məlumatına görə, altı bənd və suallardan ibarət sənəddə hansı ölkələrin Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə hazır olduqları və sülh nizamlanması çərçivəsində oraya qoşun göndərməyə razı olduqları, eləcə də qüvvələrin sayının nə qədər olacağı soruşulur.

Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə keçib və hər iki tərəfin çox ciddi itkiləri var: “Nə Rusiyanın, nə də Ukraynanın de-fakto ciddi qələbələri yoxdur. Rusiya Ukraynaya məxsus geniş əraziləri ələ keçirib. Lakin açıq demək lazımdır ki, beynəlxalq hüquq tərəfindən və ölkələrin nəzdində Rusiya işğalçı olaraq görsənir. Orada digər tərəfdən baxdığımızda, Rusiyanın hərbi itkilərinə və insan itkilərinə resursları itkilərinə baxdığımızda bu heç də qələbə deyil və Ukraynada planlaşdırdığı hədəflərin bir çoxuna hələ çatmayıb. Ukraynanın vəziyyətinə baxdığımızda, Ukrayna torpaqlarının böyük əksəriyyətini qoruyub. Ancaq bu gün Ukrayna torpaqlarının 20 faizə yaxın ərazisi işğal altındadır və Ukraynanın da yenə çox ciddi itkiləri var. İrimiqyaslı qaçqın axını olub və Ukrayna Qərbin yardımları olmadan müharibəni davam etdirmək gücündə deyil”.

Kazım Kazımov

ABŞ administrasiyasının bu məsələyə baxışına, politoloq bildirib ki, “demokratlar”dan fərqli olaraq "mənzərə"yə daha realbaxırlar və bu məsələdə onlar bilirlər ki, onsuz da bu müharibənin axırı yoxdur.

“Müharibə üç ildir davam edir. Əgər bunu dayandıran olmasa, üç il daha davam edəcək. Bəlkə də daha artıq davam edəcək. Bu səbəbdən də, həm“Münhen” təhlükəsizlik konfransında, həm də digər çıxışlarına baxdığımızda yeni administrasiyanın müharibəni dayandırmağa çalışıdığını görürük. Həqiqətən də bu gün döyüş meydanında Qərbin pulu gedir, ukraynalıların və rusların da canı, resursları bitir. Müharibənin daha da genişlənmək potensialı var. Bu ehtimal Avropanı qorxudur. Gözlənilən qorxunc ssenari dünyada enerji qiymətlərinə və digər sahələrə çox ciddi zərər verə bilər. Bu səbəbdən ABŞ-ın yeni administrasiyası çalışır ki, müharibəni dayandırsın. Təhlükəsizlik müşaviri Mayk Valtsın da açıqlamasında görünür ki, onlar nə olursa olsun, təcili şəkildə müharibəni dayandırmaq istəyirlər”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri