Qərbin sanksiyaları Rusiyanı dayandıra bilməyəcək Asim Mollazadə
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiya mərhələdə müharibəni dayandırmaq niyyətində deyil. Baxmayaraq ki, beynəlxalq aləmdə ciddi təzyiqlərlə üzləşir, o, hələ də kifayət qədər maliyyə və resurs imkanlarına sahibdir. Rusiya enerji resurslarını xüsusilə neft və qazını müxtəlif yollarla hələ də Avropa bazarlarına çıxara bilir. Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, bəzi Avropa ölkələri bu enerji asılılığını tam şəkildə aradan qaldıra bilməyiblər və Rusiya bu vəziyyətdən istifadə edir".
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Rusiyanın müharibəni dayandırma ehtimalından danışarkən bildirdi.
"Bundan əlavə, Çin və Hindistan kimi nəhəng iqtisadi güclər Rusiya ilə əməkdaşlığı davam etdirir. Bu ölkələr həm Rusiya neftini alırlar, həm də iqtisadi və ticarət sahəsində onunla əməkdaşlıq edirlər. Bu isə Rusiyaya iqtisadi təzyiqlərin təsirini azaldır və müharibəni davam etdirmək üçün müəyyən dayaq verir. Rusiya həmçinin insan resurslarına da malikdir əhalisinin sayı və səfərbərlik potensialı ona imkan verir ki, lazım gəldikdə ordusunu genişləndirsin. Bu səbəbdən, Rusiya öz strateji planlarından geri çəkilməyə hazır görünmür. Əksinə, bütün bu resurslara və geosiyasi dəstəyə arxalanaraq, uzunmüddətli münaqişəyə davam etmək niyyətindədir", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Sentyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















