Icma.az
close
up
RU
Qərbin sonuncu ÜMİDLƏRİ Gürcüstanda rəngli inqilab planı İFLASA UĞRAYACAQ?

Qərbin sonuncu ÜMİDLƏRİ Gürcüstanda rəngli inqilab planı İFLASA UĞRAYACAQ?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Gürcüstanda Baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentdə  səsləndirdiyi “Ölkədə sülhü qorumaq və ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etmək üçün biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik” fikirlərindən və hakim partiyanın respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarından sonra başlayan etiraz aksiyaları hər gün daha böyük vüsət alıb.
“Yanğına körüklə gedən” Qərb ondan dəstək alan müxalif qüvvələrin bu aksiyalarının səngiməməsi üçün əlindən gələni ardına qoymur.
Maraqlıdır, Qərbin bu canfəşanlığı qonşu ölkədə rəngli inqilabı alovlandırmağa hesablanıb?
Mövzunu Bizim.Media-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, burda əsas məsələ müxalifət və onun arxasında dayanan Qərb İnstitutlarının ölkədəki seçkinin nəticələri ilə barışmamalarıdır:
“İndi onların ən böyük istəkləri odur ki, Gürcüstanda yeni bir qarışıqlıq yaratsınlar. Təsdiq olunmuş nəticələr ləğv edilsin və yeni seçkilər keçirilsin. Yəni faktiki olaraq, onların məğlubiyyətlə razılaşmaması, barışmaması gərginlik yaradıb. Təbii ki, müxtəlif ölkələrdə çoxlu belə hadisələr olub.
Gürcüstana gəldikdə isə Qərb bu ölkədəki institutlar, təsisatlar, qeyri-hökumət təşkilatlarını, gürcülərin kosmopolit qüvvələrini daim dəstəkləyib. Onlara külli miqdarda qrantlar və tranşlar ayırıb. O pullar Gürcüstana Saakaşvili dövründən gəlir və faktiki olaraq böyük bir məbləğə çevrilib.
Hətta bir müddət nazirlər xaricdən gələn maliyyə hesabına maaş alırdılar. Yəni bunlar hamısı siyasi proseslərə qoyulan investisiyalar idi. Bu investisiyaların külli miqdarda olması, əlbəttə, Qərb institutlarının özünü də çətin vəziyyətə saldı. Onlar düşünürlər ki, “bu qədər vəsait xərcləmişik, amma dəstəklədiyimiz insanlar, namizədlər seçkidə uduzdular.
Biz orda Qərb xəttinin güclənməsi əvəzinə onun zəifləməsi ilə üzləşdik. Gürcüstan demək olar ki, Rusiyanın təsiri altına keçir”.
“Qərb gərginliyi artırmağa çalışır”
Politoloq deyib ki, bu səbəbdən Qərbpərəst qüvvələr gərginliyi saxlamaq, vəziyyəti qızışdırmaq kursu götürüblər:
"Bununla da İvanişvilini, indiki hakimiyyəti pis vəziyyətə salmaq, onları təkrar seçki keçirmək üçün yola gətirmək istəyirlər. Gürcüstan hakimiyyəti də deyir ki, seçi bitib, uduzmusunuz, bu məsələyə bir də dönməyəcəyik. Gürcü xalqı öz iradəsini ifadə edib və geriyə dönüşün heç bir mənası yoxdur. Buna görə də müxalifət Gürcüstanda hakimiyyətdə olan qüvvələri rusiyayönlü siyasəti aparmaqda günahlandırır".
“Qərb Gürcüstan xalqının rifahını düşünmür”
Politoloq qeyd edib ki, gürcü siyasətçiləri Qərbyönlü yaxud Rusiyayönlü deyil, Gürcüstan yönlü siyasət yürütməlidir:
"Digər tərəfdən, Gürcüstan Rusiyanın qonşusudur. Rusiyada 1 milyondan artıq gürcü yaşayır, fəaliyyət göstərir. Hətta öz ölkələrinə, qohum-əqrəbalarına 2 milyard civarında vəsait göndərirlər. Xatırlayırsınızsa, Gürcüstanla Rusiya arasında hava xətlərinin bərpa olunması Qərbdə böyük təşviş doğurmuşdu. Az qalırdılar deyələr ki, niyə bunu edirsiniz? Yəni sağlam məfkurədə olan insanlar həmişə yolların, kommunikasiyaların açılmasına can atırlar.
Amma Qərb hava xətləri açılıb deyə matəmə batmışdı. Bu bir daha onu göstərir ki, Qərbdə heç də Gürcüstan xalqının rifahını düşünənlər yoxdur. Onlar çalışırlar sadəcə, Rusiyanı təkləsinlər, onu mənəvi, iqtisadi baxımından qonşularından uzaqlaşdırsınlar. Rusiya üçün yeni problemlər yaratsınlar. Elə Ukrayna ilə olan müharibə də buna görədir.
Başqa sözlə, proseslərin hamısı göz önündədir.
Məsələyə hakim olan insanlar götür-qoy edib anlayırlar ki, Qərbin burdakı siyasəti əslində nədən ibarətdir. Elə Ermənistanla bağlı da həmin yanaşmadır. Qərbdən Ermənistana dəstək verənlər guya erməni xalqını düşünürlər? Qətiyyən. Onlar burda çaxnaşma salmaq istəyirlər ki, problem böyüsün, sülh olmasın, hərc-mərclik, xaos yaransın,  sonra da onlar öz hərbi kontingentlərini bölgəyə gətirsinlər”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri