Icma.az
close
up
RU
Qəribə üz ifadələri, çılğın rəqslə parlamentdə çıxış Tarixi ifadə forması Haka VİDEO

Qəribə üz ifadələri, çılğın rəqslə parlamentdə çıxış Tarixi ifadə forması Haka VİDEO

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Haka Yeni Zelandiyanın yerli əhalisi olan maori xalqına məxsus ənənəvi rəqs və ifadə formasıdır. Bu rəqs təkcə bədən hərəkətlərindən ibarət deyil, eyni zamanda o, emosiyanın, kollektiv enerjinin və mənəvi gücün birləşdiyi bir mədəniyyət kodudur. Hakanın hər bir hərəkəti, hər bir səsi və üz ifadəsi qədim maori dünyagörüşünü, savaş ənənələrini və icma ruhunu yaşadır.

Tarixən haka savaşdan əvvəl döyüşçülərin özünü motivasiya etməsi, rəqibə güc nümayiş etdirməsi və birlik hissini artırmaq üçün icra edilirdi. Maori mədəniyyətində "müharibə çağırışı" və ya "müharibə qışqırığı" kimi tanınan haka ənənəvi olaraq müharibəyə getməzdən əvvəl kişilər tərəfindən ifa olunurdu. Təcavüzkar üz ifadələri rəqibləri qorxutmaq üçün nəzərdə tutulmuşdu, qışqırığın özü isə öz əhval-ruhiyyələrini qaldırmaq və qalib gəlmək üçün Tanrıdan kömək istəmək idi.

Bununla yanaşı, maorilər hakadan təkcə döyüşdə deyil, həm də qonaqları qarşılarkən, toy və dəfn mərasimlərində, icma toplantılarında və mühüm hadisələrdə istifadə ediblər. Yəni haka həm güc, həm də dərin mədəni hörmət ritualları ilə bağlıdır. Müasir haka hətta qadınlar tərəfindən də ifa olunur.

Hakada ifaçılar bir çox başqa bədən hərəkətləri və ifadələrindən istifadə edirlər, bunlara gözləri şişirmək (pukana), dilini çıxarmaq (whetero), ayaqları tapdalamaq (Waewae takahia) və əlləri ilə bədənə şillə vurmaq daxildir.

Dünyada ən çox tanınan haka “Ka Mate”dir. Bu rəqs XIX əsrdə maori lideri Te Rauparaha tərəfindən hazırlanıb. Bu, həyatın ölüm üzərində qələbəsini qeyd edən təntənəli hakadır. Bu gün “Ka Mate” daha çox Yeni Zelandiyanın məşhur “All Blacks” komandası tərəfindən oyunlardan əvvəl icra olunduğu üçün qlobal səviyyədə məşhurdur.

Hakadan maraqlı və əyləncəli şəkildə istifadə edən bir film də var. “Qəzəblilərin taleyi” filmində Dwayne Johnson qızının futbol komandası ilə birlikdə haka edərək öz ailə mənşəyinə hörmət göstərir. Bu səhnə həm gülməli görünür, həm də olduqca təsirli alınır.

2024-cü ildə Yeni Zelandiyada deputatların parlament iclasını pozaraq, maori xalqının ənənəvi haka rəqsini təqdim etməsi bütün dünyada maraqla qarşılanıb. Belə ki, Te Pati Maori partiyasının deputatları 1840-cı ildə britaniyalılar və maori başçıları arasında imzalanan Vaitangi Müqaviləsinin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə Haka rəqsi ilə etiraz ediblər. Parlamentdəki Haka rəqsi bütün dünyanın marağına səbəb olmuşdu.

Ötən ay yeni seçilmiş deputat Oriini Kaipara da parlamentdə çıxış etmək əvəzinə, maori ritual rəqsi oynamağa qərar verib. Haka rəqsi üzündən iclas yarımçıq dayandırılır. 

Bu gün haka təkcə maorilərə məxsus deyil, bütün Yeni Zelandiya cəmiyyətinin milli kimlik simvoluna çevrilib. İdman yarışlarında, dövlət tədbirlərində, diplomatik görüşlərdə də hakaya rast gəlmək olur. Bir çox məktəblər və universitetlər bu rəqsi şagirdlərinə mədəni irsin bir hissəsi kimi öyrədir.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri