Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 11-də Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
26 Noyabr 2024 11:59
Baxış sayı:114
Bu xəbər 13 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















