Icma.az
close
up
RU
Qəssab və ən qorxulu düşmən...

Qəssab və ən qorxulu düşmən...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"MI6"-nın (Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti) gələcək rəhbəri Bleyz Metreveli İkinci Dünya müharibəsi zamanı Sovet ordusundan qaçaraq nasistlərə işləyən Konstantin Dobrovolskinin nəvəsidir. 

Bu barədə Britaniyanın "Daily Mail" qəzeti arxiv sənədlərinə istinadən yazıb. 

"Cebheinfo.az" "Daily Mail"-ə istinadən bildiri ki, Dobrovolski nasistlərə Çerniqovda casusluq edib və alman ordusu- "Vermaxt" zabitləri arasında "Qəssab" ləqəbi ilə tanınıb. Arxivlərə əsasən, o, nasist rəislərinə yazdığı məktubları "Hayl Hitler!" sözləri ilə bitirir və yəhudilərin kütləvi qırğınlarında şəxsən iştirak etdiyini deyir. 

Nəşrin məlumatına görə, Sovet hakimiyyəti Dobrovolskini “ukraynalıların ən təhlükəli düşməni” adlandırıb və onun tutulması üçün 50 min rubl mükafat təyin etmişdi. Bu məbləğ bu günün hesablamalarına görə, 230 min avrodan çoxdur. 

BBC-nin Rus xidmətinin yazdığına görə,  arxivlərə əsasən, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 1969-cu ildə belə ehtimal edirmiş ki, Dobrovolski hələ də sağ ola bilər. Xatırladaq ki, 47 yaşlı Bleyz Metreveli 2025-ci ilin payızında Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) hazırkı rəhbəri Riçard Muru əvəz edəcək. 

Bu barədə xəbər ilk dəfə iyunun 15-də yayılıb. Baş nazir Kir Starmer bu təyinatı “tarixi addım” adlandıraraq bildirib ki, kəşfiyyatçıların işi bu gün heç vaxt olmadığı qədər vacibdir. Çünki ölkə hazırda misli görünməmiş səviyyədə təhdidlərlə: casusluq, kiberhücumlar və digər təhlükələrlə üz-üzədir. Metrevelli "MI6"-da fəaliyyətə 1999-cu ildə Kembric Universitetində, antropologiyadan təhsil aldığı illərdə başlayıb. 

Hazırda o, "MI6"-da texnologiyalar və innovasiyalar şöbəsinə rəhbərlik edir. Bundan əvvəl isə həm "MI6", həm də daxili təhlükəsizlik üzrə məsuliyyət daşıyan "MI52-də rəhbər vəzifələrdə çalışıb. Onun karyerasının böyük hissəsi Yaxın Şərq və Avropada sahə əməliyyatlarına həsr olunub. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri