Icma.az
close
up
RU
Qəssabların qurban əti satması haramdır? AÇIQLAMA

Qəssabların qurban əti satması haramdır? AÇIQLAMA

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur. Bayram münasibəti ilə bəzi qəssab dükanlarında qurban ətinin satışına da rast gəlinir. Bəs maraqlıdır, qəssabların qurban əti satması haramdır?

İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, qurban əti əsla pulla satılmaz:

“Kimin maddi imkanı varsa, heyvan alıb kəsə bilər. Böyük başlı heyvanları hətta 7 nəfərə qədər adam şərikli də alıb, kəsib, sonra bölə bilərlər. Ancaq qəssabların, işbazların, fürsətçillik edənlərin bəziləri qurban əti adı ilə satırlar. Əgər o ət satılırsa, kəsiləndə qurban niyyəti ilə kəsilmiş olsa da, artıq qurban sayılmır. Qurbanın adı ona görə qurbandır ki, o pulla satılmır, paylanılır, təmənnasız olaraq insanlara təqdim edilir. Qurban kəsməyə imkanı olmayanlar sadəcə ət alıb bişirə bilərlər”.

T.İrfan qeyd edib ki, dünyada ən böyük mənəvi cinayət, ən böyük əzaba layiq olan günah Allah yolunda kəsilən heyvanın ətini satmaqdır:

“Qurban ətini satanlar vicdanını satsa, ondan yaxşıdır. Din adı ilə nə dələduzluq varsa, sanki bizdə baş verir. Ələm gəzdirib pul yığan, qurban ətini satan... Sanki Allahı, dini, Quranı, qurbanı da qazanc, qarın doydurma alətinə çevirirlər. Bu, adam əti satmaq gədər ağır və çirkin işdir. Comərdliyi olan kəsib paylayar, satmaz. Allah da ona öz dərgahından əta edər. Əti satanlar Allaha da inanmır. Çünki inansa, naümid olmaz, pulsuz paylayar. Sadəcə ət satırsa satsın, yoxsa onu qurban əti adı ilə satırsa, bu heç bir müsəlman ölkəsində olmayan qəbahətdir”.

İlahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin də belə əcaib, çirkin işlərə susqun qalmasına təəssüf etdiyini söyləyib:

“Çünki onlar şərh vermir, belə qondarılan bidətlər, xalqımızın milli adət-ənənələrinə, dinə zidd əməllər də baş alıb gedir. Bu çirkin ənənəni ayaq tutmamış yığışdırmaq, qurban əti satanları mənəvi məsuliyyətə cəlb etmək lazımdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri