Qətər ABŞın təzyiqinə görə HƏMAS liderlərindən ölkəni tərk etməyi tələb etdi
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Qətər hakimiyyəti ABŞ-ın təzyiqi altında Fələstin HƏMAS hərəkatının liderlərindən israilli girovların azad edilməsi məsələsini müzakirə etməkdən imtina etdikləri üçün ölkəni tərk etməyi tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazıb.
"Qrupun liderləri girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etdikdən sonra, onlar artıq heç bir amerikalı tərəfdaşın paytaxtlarında qəbul edilməməlidir", deyə ABŞ rəsmisi bildirib.
FT yazır ki, HƏMAS siyasi rəhbərliyinin üzvləri və onların ailələri 2012-ci ildən Dohada yaşayırlar. Bu şəhər danışıqlar üçün əlverişli hesab olunurdu. Vəziyyətlə tanış olan mənbə qəzetə bildirib ki, hərəkat nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin açıq tənqidçisi olması səbəbindən Türkiyəyə köçə bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















