Icma.az
close
up
RU
Qətər Avropa İttifaqı ölkələrinə qaz ixracını dayandıracağı barədə xəbərdarlıq edib AZƏRTAC

Qətər Avropa İttifaqı ölkələrinə qaz ixracını dayandıracağı barədə xəbərdarlıq edib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 22 dekabr, AZƏRTAC

Qətərin enerji işləri üzrə dövlət naziri və “QatarEnergy” şirkətinin prezidenti Saad bin Şəridə əl-Kaabi “Financial Times”a verdiyi müsahibəsində xəbərdarlıq edib ki, əgər Avropa İttifaqı Korporativ Davamlılıq Təftişi Direktivini (CS3D) tətbiq edərsə, qaz təchizatını dayandıracaq.

AZƏRTAC “The Peninsula” nəşrinə istinadla xəbər verir ki, direktivə əsasən, Avropa İttifaqına üzv dövlətlər karbon emissiyaları, insan və əmək hüquqları üzrə kriteriyalara cavab verməyən şirkətlərə qlobal dövriyyənin 5%-i həcmində cərimələr tətbiq edirlər.

Qətər nəşrinə görə, nazir müsahibəsində belə deyib: “Əgər Avropaya gedib gəlirlərimin 5 faizini itirəcəyəmsə, onda mən Avropaya getməyəcəyəm... Mən zarafat etmirəm. “QatarEnergy”nin əldə etdiyi gəlirin 5 faizi Qətər dövlətinin gəlirinin 5 faizi deməkdir. Bu, xalqın puludur... Belə miqyasda pulu itirə bilmərəm və heç kim belə pulu itirməyə razı olmaz”.

“The Peninsula” nəşri daha sonra yazır ki, nazir dekabrın 7-də keçirilmiş Doha Forumunda bu barədə fikirlərini bildirmişdi. Belə ki, o, Avropa İttifaqının CS3D direktivi konsepsiyasını dəstəklədiyini ifadə etsə də, “QatarEnergy” kimi şirkətlərin belə bir öhdəlik götürməsinin mümkün olmadığını qeyd etmişdi.

Nazirin fikrincə, bu direktiv Avropada fəaliyyət göstərən və ya Avropadan 450 milyon avrodan çox gəlir əldə edən istənilən şirkətə təsir edir. O qeyd edib ki, belə olduqda, “QatarEnergy”, “Shell”, “ExxonMobil” kimi şirkətlər, hətta “Toyota” və ya “GM” kimi avtomobil şirkətləri Paris Sazişinə riayət edəcəklərini bəyan etməlidirlər. Yəni şirkət xalis-sıfır tullantı hədəfinə nail olmaq öhdəliyi götürməlidir. Amma “QatarEnergy” olaraq və həyata keçirdiyimiz bütün genişlənmə planları ilə bağlı əminliklə deyə bilərəm ki, biz bir şirkət olaraq xalis-sıfır tullantı hədəfinə nail ola bilmərik”, - deyə nazir müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Qətər dünyada ABŞ, Rusiya və Avstraliya ilə yanaşı, ən böyük maye qaz ixracatçılarından biridir. Çin, Yaponiya, Cənubi Koreya Qətər qazının əsas alıcılarıdır. Amma Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa bazarında da bu qaza tələb artmaqdadır.

Xatırladaq ki, Qətər 2020-2023-cü illər ərzində 10.1-10.5 milyard kubmetr maye qaz ixrac edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri