Icma.az
close
up
RU
Qətər əmiri və Rubio İsrailin Dohaya hücumunu müzakirə ediblər

Qətər əmiri və Rubio İsrailin Dohaya hücumunu müzakirə ediblər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və ABŞ dövlət katibi Marko Rubio İsrailin Dohaya hücumunun nəticələrini müzakirə edərək, Qətər və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

“Görüş zamanı iki ölkə arasında strateji əlaqələr, o cümlədən, xüsusilə müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi yolları nəzərdən keçirilib. Onlar həmçinin son regional və beynəlxalq hadisələri, xüsusən də İsrailin Dohaya xain hücumunun nəticələrini müzakirə ediblər”, - deyə Qətər diplomatı bildirib.

Sözçü qeyd edib ki, İsrailin Qətərin paytaxtında HƏMAS rəhbərliyinin iqamətgahına endirdiyi zərbə ABŞ və Qətər arasında müştərək müdafiəyə dair yeni sazişin ən qısa zamanda bağlanmasının vacibliyini vurğulayır. “Biz suverenliyimizi müdafiə etmək və hər hansı bir hücumun yenidən baş verməməsi üçün tədbirlər görmək əzmindəyik”, - deyə əl-Ənsari əlavə edib.

Çərşənbə axşamı Rubio bildirib ki, ABŞ və Qətər müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün razılaşmanı yekunlaşdırır. Tərəflərin hərbi sahədə sıx əməkdaşlığa dair razılığa gəldiyi əvvəlki saziş 2013-cü ildə imzalanıb. Bundan əlavə, Yaxın Şərq monarxiyası 2022-ci ildə ABŞ-ın əsas qeyri-NATO müttəfiqi statusunu alıb. Qətər ABŞ-ın Mərkəzi Komandanlığının əməliyyat qərargahının yerləşdiyi Yaxın Şərqdəki ən böyük Amerika hava bazası Əl Udeiddir.

Sentyabrın 9-da İsrail Dohada olan Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin üzvlərini vurub. Fələstin hərəkatı 6 nəfərin, o cümlədən təşkilatın Qəzza zolağındakı liderlərindən biri Xəlil əl-Heyinin oğlu və Qətər təhlükəsizlik qüvvələrinin əməkdaşının öldüyünü bildirib. HƏMAS-ın yüksək rütbəli üzvlərinin ölüm xəbərləri hələ ki, təsdiqini tapmayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri