Qətər HƏMAS liderlərini ölkədən çıxarır
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail ilə HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi danışıqlarında vasitəçilikdən çəkildiyini açıqlayan Qətər elan edib ki, HƏMAS-ın Dohadakı ofisi fəaliyyət göstərməyəcək və ölkəni tərk edə bilər.
Reyting.az-ın məlumatına görə, Qətər mənbələri bildiriblər ki, danışıqlar yenidən başlayarsa, HƏMAS-ın 2012-ci ildən Dohada olan siyasi ofisinin fəaliyyətini bərpa etməsi mümkündür.
Qətərin Xarici İşlər Nazirliyi “iki tərəfin artıq vicdanla danışıqlar aparmadığı” qənaətinə gəldikdən sonra İsrail və HƏMAS arasında danışıqlarda vasitəçilik rolunu dayandırdığını açıqlayıb.
Britaniyanın “Financial Times” qəzeti Qətərin Vaşinqtonun təzyiqi nəticəsində HƏMAS liderlərinin ölkəni tərk etməsini istədiyini yazıb. Rəsmi olaraq birbaşa əlaqə yaratmayan HƏMAS və İsrail arasında Qətər Misirlə birlikdə vasitəçi kimi çıxış edirdi.
Onu da qeyd edək ki, məsələilə bağlı ilk açıqlamanı İsrailin iqtisadiyyat naziri Nir Barkat verib: “Qətər heç vaxt vasitəçi olmayıb”.
ELÇİN

Qətər HƏMAS rəsmilərini ölkədən çıxarır?
09 Noyabr 2024 19:52
Qətər ABŞnin tələbi ilə HƏMAS rəhbərliyini ölkədən çıxaracaq KİV
09 Noyabr 2024 14:29
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
26 Noyabr 2024 17:20
Almaniya rusiyalı jurnalistləri ölkədən çıxarır
27 Noyabr 2024 12:10
ABŞ Özbəkistan vətəndaşlarını ölkədən çıxarır
24 Dekabr 2024 13:44

