Icma.az
close
up
RU
Qətər ilə Aİ arasında gərginlik artır: Doha qaz ixracatını dayandıra bilər

Qətər ilə Aİ arasında gərginlik artır: Doha qaz ixracatını dayandıra bilər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 30 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Qətər arasında münasibətlər kəskin gərginləşib. Qətər rəsmən Avropaya maye təbii qaz (LNG) ixracatını dayandıra biləcəyi ilə bağlı Belçikanı xəbərdar edib. Bu addımın səbəbi Aİ tərəfindən qəbul edilən və Qətərin iqtisadi maraqlarına zidd hesab etdiyi yeni korporativ məsuliyyət direktividir.

AZƏRTAC xəbər verir ki, CSDDD (Corporate Sustainability Due Diligence Directive) adlı sənəd Aİ-də fəaliyyət göstərən iri şirkətləri təchizat zəncirinin bütün mərhələlərində insan haqları və ekoloji normalara riayət olunmasını təmin etməyə məcbur edir ki, bu, ölkə xaricindəki tərəfdaşlara da aiddir.

Qanuna əsasən, insan haqlarını pozan və ya iqlim öhdəliklərinə əməl etməyən tərəfdaşlarla əməkdaşlıq edən şirkətlər qlobal dövriyyələrinin 5 faizinədək cərimələnə bilərlər. Qətər bu direktivin bir sıra müddəalarını sərt tənqid edib. O, qanunu qaz istehsal edən ölkələrin iqtisadi suverenliyinə müdaxilə kimi qiymətləndirib. Bu hüquqi çərçivə Qətəri Avropa ilə ticarət əlaqələrinə yenidən baxmağa və qaz ixracatını daha sabit və tərəfdaşlığa hörmət edən bazarlara yönəltməyə vadar edə bilər.

Ukrayna müharibəsindən sonra Rusiya qazının azalması ilə Qətər Avropa üçün əsas LNG tədarükçülərindən birinə çevrilib. Beynəlxalq Enerji Agentliyinə görə, hazırda Avropanın qaz idxalının 12–14 faizi Qətərin payına düşür. Qətər qazının azalması və ya tam kəsilməsi, xüsusən də qış aylarında tələbatın artdığı dövrdə enerji böhranını yenidən alovlandıra bilər.

Avropa Komissiyası məsələ ilə bağlı birbaşa şərh verməkdən çəkinib, lakin dialoqa açıq olduğunu bəyan edib. Brüsseldə hazırda sənədin ticarət əlaqələrini pozmadan tətbiq olunmasına dair dəyişikliklər müzakirə edilir.

Belçika hökuməti isə diplomatik yazışmaların məxfiliyini əsas gətirərək Qətərin məktubuna münasibət bildirməkdən imtina edib.

Siyasi müşahidəçilər bu böhranı Avropanın davamlılıq yanaşması ilə Körfəz ölkələrinin enerji maraqları arasındakı toqquşma kimi dəyərləndirirlər. Brüssel daha etik bir iqtisadi model tətbiq etməyə çalışır, Doha isə bu tələbləri siyasi təzyiq vasitəsi kimi görür. Avropa İttifaqında daxili danışıqlar davam etdiyi bir vaxtda prinsiplərlə realizm arasında düzgün balansın tapılması, həm Avropa–Qətər münasibətlərinin gələcəyi, həm də qlobal enerji bazarının sabitliyi üçün həlledici olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri