Qətər: Raket hücumları illik gəlirdə 20 milyard dollar itkiyə səbəb olub
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qətərin enerji naziri Saad əl-Kaabi raket hücumlarının Qətərin mayeləşdirilmiş təbii qaz ixracat gücünü 17 faiz azaltdığını və illik gəlirin 20 milyard dollar itirilməsinə səbəb olduğunu açıqladı.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nazir Saad bin Sherida əl-Kaabi vəziyyətin Avropa və Asiya bazarlarına enerji təchizatına təsir göstərə biləcəyini bildirib.
Nazir, hücumların illik istehsal gücü 12,8 milyon ton olan Tren 4 və Tren 6 LNG istehsal müəssisələrinə zərər verdiyini qeyd edib.
O, açıqlamasında deyib: "Bu tutum Qətərin LNG ixracının təxminən 17 faizini təşkil edir. Raket hücumları Qətərin LNG ixrac gücünü 17 faiz azaltdı və nəticədə illik gəlir itkisi təxminən 20 milyard dollar oldu. İstehsal müəssisələrimizə dəyən genişmiqyaslı ziyanın aradan qaldırılması beş ilə qədər vaxt apara bilər və bu da bizi uzunmüddətli fors-major vəziyyət elan etməyə məcbur edə bilər."
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 20 Mart 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















