Icma.az
close
up
RU
Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 avqust, AZƏRTAC

Qətər Xarici İşlər Nazirliyi İranın mart ayında ölkənin hava məkanını pozan təyyarələrin pilotlarının əsir götürülməsi ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

“İran pilotlarının saxlanılması ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edirik və regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxtda bu cür yanıltıcı bəyanatların səsləndirilməsindən təəccüblənirik”, - deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, ekipajlara Qətərin hava sərhədini pozduqları barədə xəbərdarlıq edilib. “Döyüş qaydalarına əməl edildikdən və onlarla əlaqə yaratmaq cəhdləri cavabsız qaldıqdan sonra ərazimizin müdafiəsi üçün beynəlxalq hüququn tələblərinə uyğun zəruri tədbirlər görülüb”, - deyə Məcid əl-Ənsari qeyd edib.

Qətər XİN-in nümayəndəsi, həmçinin axtarış-xilasetmə qruplarının pilotlardan birinin meyitinin qalıqlarını aşkar etdiyini bildirib. Onun sözlərinə görə, Doha beynəlxalq humanitar hüquqa uyğun olaraq meyitin İrana təhvil verilməsini əlaqələndirmək məqsədilə Tehranla əlaqə saxlayıb. Bundan əlavə, Qətər hələ aprel ayında İran nümayəndə heyətini axtarış əməliyyatının təfərrüatları ilə tanış olmaq üçün dəvət edib. Lakin İran tərəfi indiyədək bu dəvətə cavab verməyib.

Qeyd edək ki, İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüş şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Baqerzade avqustun 15-də bildirib: “Mart ayında döyüş uçuşu zamanı “Su-24” təyyarəsinin qəzaya uğramasından sonra üç iranlı pilot Qətər hərbçiləri tərəfindən əsir götürülüb. Pilotlar altı aydır əsirlikdə saxlanılır və Qətər hökuməti onların ailələri ilə görüşünə icazə vermir. Baqerzade Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlara baş çəkməyə və onların azad edilməsinə yardım göstərməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Avqust 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri