Qətər XİN: İsrailin Qəzzada qida və dərmanı silah kimi istifadə etməsi utancvericidir
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"İsrailin Qəzza zolağına hücumlarında qida və dərmanlardan silah kimi istifadə etməsi dünyanın alnında utanc ləkəsidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani “Qlobal Təhlükəsizlik Forumu 2025” adlı tədbirdə deyib.
Forumun açılış sessiyasında çıxış edən Əl Tani bildirib ki, kollektiv siyasi iradənin olmaması və xırda maraqları səbəbindən Qəzzada sülhə nail olmaq mümkün olmayıb: "Nəticədə Qəzzadakı nəsillər ümidsizlik və çarəsizlik içində böyüyür. Uşaqlar bizim gələcəyimizdir; onlar daha təhlükəsiz və humanist bir dünya yaratmaqda ali məqsəd olsa da, bunu etmək mümkün olmayıb. Fələstin xalqını dəstəkləmək siyasi mövqe deyil, əksinə, inandığımız ədalət dəyərlərindən irəli gələn mənəvi və humanitar bir öhdəlikdir".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















