Qətər XİN Naxçıvan aeroportunun İran PUA ları ilə hədəf alınmasını qətiyyətlə pisləyib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib.
AZƏRTAC-ın xəbərinə görə, Qətər XİN-in bəyanatında bildirilib ki, Türkiyənin ballistik raketlə və Azərbaycanda isə hava limanının İran PUA-ları ilə hədəf alınması düşmənçilik hərəkətləridir. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib.
Nazirlik, həmçinin Qətər Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















