Icma.az
close
up
RU
Qətərdə yeniyetmə voleybolçular arasında dünya çempionatı keçiriləcək

Qətərdə yeniyetmə voleybolçular arasında dünya çempionatı keçiriləcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 3 iyul, AZƏRTAC

Qətərin paytaxtı Doha 17 yaşadək oğlanlar arasında voleybol üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək. Beynəlxalq yarış gələn il avqustun 19-dan 29-dək keçiriləcək.

AZƏRTAC Beynəlxalq Voleybol Federasiyasının (FIVB) saytına istinadla xəbər verir ki, Qətərin və Qərbi Asiya Voleybol Federasiyalarının prezidenti Əli Qanim əl-Kuvari bu qərardan qürur duyduğunu ifadə edib, tədbirin yüksək səviyyədə təşkili üçün bütün əlaqədar qurumlarla koordinasiyalı şəkildə ciddi hazırlıqlara başlayacaqlarını bildirib.

Bundan başqa, Beynəlxalq Voleybol Federasiyasının məlumatında bildirilir ki, 17 yaşadək qızlar arasında voleybol üzrə ikinci dünya çempionatı gələn il avqustun 5-dən 15-dək Çilinin paytaxtı Santiaqoda baş tutacaq.

Voleybol üzrə U-17 dünya çempionatı ilk dəfə 2024-cü ildə keçirilib və bu zaman qızların yarışına Perunun Lima, oğlanların turnirinə isə Bolqarıstanın Sofiya şəhəri ev sahibliyi edib. Qaliblər, müvafiq olaraq, Çin və İtaliya yığmaları olub.

Dünya çempionatının formatında dəyişiklik edilib. Belə ki, artıq hər iki turnirdə 16 yox, 24 komanda iştirak edəcək. Bu dəyişiklik yarışın formatını FIVB-nin U-19 və U-21 dünya çempionatlarının formatına uyğunlaşdırmaq məqsədi daşıyır. Həmçinin 2026-cı ildən etibarən komandalar yarışda heyətlərində maksimum 14 oyunçu ilə iştirak edə biləcəklər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri