Qətərin Baş naziri Çinə səfər edəcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 7-də Çinə iki günlük səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
Məlumata görə, baş nazir səfər zamanı iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, eləcə də hər iki ölkənin maraqları naminə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün yüksəkvəzifəli Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Qeyd olunub ki, görüşlər zamanı həmçinin ən mühüm regional hadisələr və bölgədə gərginliyin azaldılması, eləcə də əhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər nəzərdən keçiriləcək. Bundan əlavə, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin və azadlığının təmin edilməsinin zəruriliyi vurğulanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Sentyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















