Qətərin Baş naziri: Hörmüz boğazından danışıqlarda rıçaq kimi istifadə edilməməlidir
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Qətərin Baş naziri, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Moderator.az Qətər Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatına istinadən xəbər verir ki, tərəflər regiondakı son hadisələri müzakirə ediblər.
Qeyd olunub ki, söhbət zamanı onlar regional sabitliyin möhkəmləndirilməsi məqsədilə İran və ABŞ arasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar.
Şeyx Məhəmməd böhranın səbəblərini kökündən aradan qaldırmaq və eskalasiyanın bərpasının qarşısını alan dayanıqlı razılaşma əldə etmək üçün dialoq və diplomatiyaya çağırıb.
"O, həmçinin dəniz marşrutlarının açıq saxlanılmasının və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğulayaraq, onlardan danışıqlarda rıçaq kimi istifadə edilməməsi barədə xəbərdarlıq edib", - məlumatda bildirilib.
Qətərin Baş naziri xəbərdarlıq edib ki, gəmiçilik yollarının hər hansı şəkildə pozulması region ölkələri, eləcə də qlobal enerji və ərzaq tədarükü üçün ciddi nəticələrə, beynəlxalq sülh və təhlükəsizlik üçün isə daha geniş fəsadlara səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 13 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















