Qətərin Baş naziri Məsud Pezeşkianla görüşdü FOTO
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, Pezeşkian görüş zamanı İranın müharibə və münaqişənin genişləndirilməsinin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, məsələlər güc nümayişi və müharibə yolu ilə deyil, dialoq vasitəsilə həll edilməlidir.
“Müharibə İrana təlqin edildi və onun davam etməsi ölkə, region və dünya üçün zərərlidir. İran müharibə axtarmayıb, axtarmır və axtarmayacaq, lakin zorakılıq qarşısında da geri çəkilməyəcək”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti ABŞ-ın İrana hücumlarını beynəlxalq hüququn prinsiplərinə zidd adlandırıb və İranın qanuni hüquqlarından artıq heç nə tələb etmədiyini vurğulayıb.
Pezeşkian sülh və təhlükəsizliyin təmin olunması istiqamətində Qətər, Pakistan, Oman və digər ölkələrin səylərini yüksək qiymətləndirib. O, Qətər əmirini İrana səfərə dəvət edib.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani isə bildirib ki, Qətər regionda sabitliyin bərpasına çalışır.
“İran xalqı Qətər xalqının dini qardaşlarıdır. Müharibə regionun daxilindən başlamayıb, regiona kənardan təlqin edilib. Lakin müharibənin xərclərini regionun bütün ölkələri ödəyir”, – deyə Al Tani qeyd edib.
O, diplomatiya və rasional yanaşma vasitəsilə regiona sabitlik, təhlükəsizlik və iqtisadi sakitliyin qaytarılmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 27 Avqust 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















