Qətl törətmiş cinayətkar, zibil atmaq adı ilə həbsxanadan qaçdı
Icma.az, News24 saytına istinadən bildirir.
Avropalı hüquq-mühafizə orqanlarının əməkdaşları İtaliyada cəzaçəkmə müəssisəsindən qaçan təhlükəli cinayətkarı axtarır
İtaliyada cəzaçəkmə müəssisəsindən qaçan 44 yaşlı təhlükəli cinayətkar, albaniyalı Ksevdət Plaku, hüquq-mühafizə orqanları tərəfindən axtarılır.
News24.az bildirir ki, bu barədə "Daily Mirror" məlumat verib.
O, BarkAlyone həbsxanasında cəza çəkirmiş və qətl və narkotik ticarəti ilə bağlı hökm alıb.
Lakin vəkilləri onun üçün bir neçə güzəşt əldə etmişdilər.
Beləliklə, məhkum həbsxanadan xaricə, zibil atmaq üçün çıxmaq imkanı əldə etmişdi. 24 yanvar səhəri, Plaku növbəti dəfə zibil atmağa gedəndə itkin düşüb. Lakin onun itkin olduğu həbsxana əməkdaşları yalnız 2,5 saat sonra fərq ediblər.
Hüquq-mühafizə orqanları əvvəlcə həbsxananın ətrafında axtarış aparıblar, daha sonra isə axtarış zonasını rayon sərhədlərinə qədər genişləndiriblər. Lakin hələ də Plakuya aparan heç bir iz tapılmayıb.
Qeyd edilib ki, fevral ayında məhkumun girovla azadlığa buraxılmasına dair məhkəmə iclası keçirilməli idi, buna görə də onun qaçış motivləri hələ də araşdırma mövzusudur.\\32gun.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Yanvar 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















