Qətldə təqsirləndirilən yeniyetmələrə bu cəza verildi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr Elmidar Məmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə növbəti məhkəmə araşdırması yekunlaşıb.
"Unikal"ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilərək Elnidar Məmmədquliyev və Qismət Nağıyevin hər biri 7 il 9 ay azadliqdan məhrum edilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və Elmidar Məmmədquliyev doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada Elmidar Məmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.
Hadisədən sonra Elmidar Məmmədquliyev və Qismət Nağıyev saxlanılıb. Hər ikisinə qarşı CM-nin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 20 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















