Icma.az
close
up
RU
“Qətnamənin COP29 ərəfəsində qəbulu məhz qərəzin göstəricisi idi”

“Qətnamənin COP29 ərəfəsində qəbulu məhz qərəzin göstəricisi idi”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Parlamentinin bu gün Azərbaycana qarşı qəbul etdiyi qətnaməni birmənalı olaraq köhnə qitənin deputatlarının ölkəmizə qarşı illərdir davam edən qərəzli siyasətinin növbəti mərhələsi kimi qəbul etmək olar.

Sənədin Azərbaycanda “5-ci kolon”un ifşasından sonra qəbul edilməsi isə öz növbəsində avroparlamentarilərin bu ifşadan narahat olduğunu nümayiş etdirir. Təbii ki, Avroparlament kimi qurumlar nə dərəcədə aqressivləşsələr də, qətnamə ifşa prosesini dayandıra bilməyəcək və əhəmiyyətsiz bir kağız parçası kimi qalacaq.

Azərbaycana qarşı hücumlar İkinci Qarabağ Müharibəsindən sonra daha da artması Qərbin bir sıra dairələrinin Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmədiklərini göstərir.

Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) keçirilməsi ərəfəsində buna oxşar sənədə səs verənlər beynəlxalq səviyyəli tədbiri boykot etməyə səy göstərmişdilər. Xatırladaq ki, sözügedən parlament bu sənədi oktyabrda qəbul edib. Qurum üzvləri bununla təşkilatın patronu Fransa hakimiyyətinin Azərbaycana qarşı apardığı kampaniyanı dəstəkləməyə çalışmışdı.

Qətnamənin COP29 ərəfəsində qəbulu məhz qərəzin göstəricisi idi.

Avroparlamentin son iki ayda iki qətnamə qəbul etməsi onun anti-Azərbaycan hikkəsinin göstəricisi sayıla bilər. Bu, respublikanın inkişafına və beynəlxalq miqyasda nüfuzunun artmasına qurumun qısqanmasından da doğur. Parlamentarilərin belə davranışı həm də bu seçkili orqanın seçicilərinə hörmətsizliyindən irəli gəlir.

Parlament üzvləri seçkiqabağı kampaniya zamanı verdikləri vədləri yerinə yetirməkdənsə, az qala hər ay anti-Azərbaycan ya qətnaməsi qəbul edir, ya da bu yöndə fikirlər səsləndirirlər.

Onların siyasi fırıldaqla məşğul olduqları qənaətinə gəlmək olar. O da sübut olunur ki, parlament müxtəlif ölkələrin siyasi sifarişlərini icra edir. Müxtəlif qrupların Azərbaycanda pozuculuq fəaliyyətinə bu qurum bir qayda olaraq susub.

Belə çıxır ki, Avropa Parlamenti də Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərənləri müdafiə edir. Rəsmi Bakıya onlar üçün şərait yaradılması üçün təzyiqlər edir. Parlamentin xaricdən qanunsuz maliyyələşən və idarə olunan şəbəkə üzvlərinə dəstək vermələri təbiidir. Çünki “kor atın, axsaq nalbəndi olar”.

Azərbaycan cəmiyyəti bu kimi beynəlxalq təşkilatların fəaliyyətində obyektiv olmayan münasibətin əvvəllər də şahidi olub.

Hadisələrdən çıxış edərək, eləcə də beynəlxalq qanunlara əsasən, deyə bilərik ki, bu cür qətnamələrin heç bir önəmi yoxdur. Azərbaycan beynəlxalq arenada özünü təsdiq edən, dayanıqlı dövlətdir. Məhz bunun nəticəsidir ki, ölkə bir çox mötəbər tədbirlərə ev sahibliyi edir və noyabrda Bakıda baş tutan COP29 buna əlavə bir sübutdur. Azərbaycan bir sıra birlik və təşkilatlarda bərabərhüquqlu üzvdür. Elə bu gün Azərbaycan D-8 kimi (İnkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi əməkdaşlıq təşkilatı) təşkilata üzv olub.

Ancaq Azərbaycan dövlətinin əleyhinə olan, Avropa Parlamenti və başqaları tərəfindən maliyyələşən, dəstəklənən qruplar, dəstələrin gələcəkdə ifşası, neytrallaşdırılacağı istisna deyil. Bu, Azərbaycan Respublikasının dövlət və təhlükəsizlik maraqlarının tələbidir.

Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri