Icma.az
close
up
RU
Qeydiyyatdan çıxarıldı, pensiyası kəsildi Səbəb nədir? (TƏFƏRRÜAT)

Qeydiyyatdan çıxarıldı, pensiyası kəsildi Səbəb nədir? (TƏFƏRRÜAT)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

74 yaşlı Naibə Hüseynovanın əlilliyə görə aldığı pensiyası 2 aydır dayandırılıb.

Naibə Hüseynovanın qızı Ruhiyyə İsmayılova deyir ki, evləri satıldıqdan sonra qeydiyyatdan çıxarıldığı üçün anasının pensiyası kəsilib.

Ruhiyyə İsmayılovanın sözlərinə görə, onlar əslən Göyçay rayonundandırlar. Bu ilin yanvar ayına kimi də orada yaşayıblar. Anasının müalicəsi üçün Bakıya gəldiyini bildirən Ruhiyyə İsmayılova deyir ki, iki aydır yataq xəstəsi olan anası pensiya ala bilmir. Ailə Bakıda kirayə yaşayır.

Onun sözlərinə görə, hazırda ailə çarəsiz durumdadır. Çünki qeydiyyata düşmək üçün yaşayış ünvanı olmadığından pensiya bərpa olunmur.

Dövlət Sosial Müdafiə Fondundan bildirlib ki, Hüseynova Naibə Fətulla qızının əlilliyə görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün iyul ayından elektron sistem tərəfindən avtomatik olaraq dayandırılıb. Şəxsiyyət vəsiqəsi aktivləşdirildikdən sonra rəsmi qaydada Dövlət Sosial Müdafiə Fondunun rayon filialına və ya ərazi üzrə xidmət göstərən DOST Mərkəzinə müraciət etməsi tövsiyə olunur.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsindən isə bildirilib ki, Göyçay rayon sakini Hüseynova Naibə Fətulla qızına 18.06.2012-ci il tarixdən II dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilib. Vətəndaşın hazırda aktiv əlillik statusu mövcuddur, əlillik dərəcəsi qüvvədədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan isə bildirilib ki, Göyçay rayon sakini Naibə Hüseynova yaşadığı ünvandan qeydiyyatdan çıxarıldığına görə, onun şəxsiyyət vəsiqəsi deaktiv edilib. Mövcud qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlı hesab olunması üçün vətəndaşın yaşayış yeri üzrə daimi qeydiyyatda olması zəruridir. Yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün vətəndaş hüquqi əsaslı özünə məxsus olan mənzildə və ya mülkiyyətçinin razılığı əsasında hər hansı digər mənzildə qeydiyyata düşərək ərazi polis orqanına müraciət edə bilər. Bundan sonra vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün yaşadığı ünvanda səyyar xidmət göstəriləcək.//Xəzər TV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri