Qeydiyyatsız taksi sürücülərinin NƏZƏRİNƏ AYNA yeni sistemi işə saldı
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Taksi sahəsində aparılan islahatlar nəticəsində son bir ildə mühüm irəliləyişlər əldə olunub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qurumdan bildirilib ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə başlanılıb, daşıyıcılar və onların nəqliyyat vasitələri müvafiq qaydada uçota alınıb. Bu məqsədlə "E-daşıyıcılar" alt sistemi hazırlanaraq istifadəyə verilib.
Məlumata görə, sürücülərin peşəkar səviyyəsinin artırılması məqsədilə onlar xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunublar. Taksi fəaliyyəti sahəsində elektron nəzarəti təmin etmək, fəaliyyətə şəffaf nəzarət və dəqiq statistika toplamaq məqsədilə AYNA tərəfindən "E-taksi" alt sistemi də yaradılıb.
İslahatlardan əvvəl əsas şikayətlər sürücü-sərnişin münasibətlərindən və nəqliyyat vasitələrinin köhnə olmasından qaynaqlanırdı. Lakin sürücülərin təlimlərdən keçməsi, narkoloji arayışların tələb olunması və taksi parkının yenilənməsi bu problemləri xeyli azaldıb.
Hazırda əsas şikayətlər sifariş olunan ünvanlara uyğun olmayan avtomobillərin göndərilməsi ilə bağlıdır. AYNA-nın məlumatına görə, bu halların qarşısını almaq üçün operatorların proqram təminatına nəqliyyat vasitələrinin avtomatik tanınması funksiyası əlavə olunub. Mütəmadi monitorinqlər və vətəndaş şikayətləri əsasında aparılan araşdırmalar zamanı pozuntu aşkarlandıqda, həmin avtomobillər xidmətdən kənarlaşdırılır.
Bu taksiler yoktu boktu yan koydu ne bileyim derdi bunlar da aynı anda sahilinde de ayrıca şirket olsalardı Agentlik bildirib ki, şəffaflığın və xidmət keyfiyyətinin artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi davam edir.
Artıq AYNA tərəfindən "Bolt", "Uber" və "Yango" mobil tətbiqlərinə SİMA rəqəmsal identifikasiya həlli inteqrasiya olunub. Bu sistem sürücülərin şəxsiyyətini biometriya texnologiyası vasitəsilə real vaxt rejimində təsdiqləyərək qeyri-qanuni profillərin istifadəsinin qarşısını almağa və ictimai təhlükəsizliyi artırmağa xidmət edir.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















