Qeyri ərzaq mallarına tələbat artır
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda istehlak bazarında fəallıq davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-iyul aylarında ölkədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artaraq 38 milyard 358,5 milyon manat təşkil edib.
Hesabat dövründə 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının satışında 6,6 faiz artım qeydə alınıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında isə artım 1,4 faiz olub.
Ayrı-ayrı məhsul qruplarında daha yüksək dinamika müşahidə edilib. Kompüter və telekommunikasiya avadanlıqlarının satışında 32,1 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında 23,8 faiz, elektrik malları və mebellərin satışında isə 8,1 faiz artım qeydə alınıb.
Rəqəmlər göstərir ki, istehlak bazarında qeyri-ərzaq məhsullarına tələbat daha sürətlə artır. Bu dinamika həm daxili bazarda iqtisadi fəallığın qorunduğunu, həm də istehlakçıların tələbat strukturunda müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 14 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















