Qeyri neft ixracı 2,8 milyard dolları keçdi
Icma.az, Yenisabah saytına istinadən bildirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın sentyabr sayını yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, 2026-cı ilin ilk 8 ayında Azərbaycanın qeyri-monetar qızıl nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 faiz sıçrayış edərək 2,81 milyard ABŞ dollarına çatıb. Dövr ərzində xarici pazarlara satılan əsas məhsullar sırasında qızıl, mis filizləri və konsentratları, eləcə də tomat ön sıraya çıxıb. İxrac dinamikasında ən yüksək artım 2,3 dəfə göstərici ilə şəkər istehsalında qeydə alınıb, pambıq iplik satışı 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar isə 42,8 faiz yüksəlib.
Ən çox qeyri-neft məhsulu idxal edən ölkələrin siyahısına 814,2 milyon dollarla Rusiya başçılıq edir, növbəti yerləri isə Türkiyə (435 milyon dollar), Gürcüstan (386,5 milyon dollar), İsveçrə (284,4 milyon dollar) və Ukrayna (101,1 milyon dollar) tutur. Marqarita pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















