Qeyri neft ixracı 3.2 dəfə artdı
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
2026-cı ilin ilk yarısında Azərbaycanda neft-qaz sektorundakı geriləmənin səngiməsi və qeyri-neft-qaz sektorunun artımı hesabına makroiqtisadi sabitlik qorunub saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, birinci rübdə mənfi zonaya keçən iqtisadi artım iyun ayından etibarən bərpa olunaraq real ifadədə 0,8 faiz artıb və ÜDM-in nominal həcmi 65 milyard 207 milyon manat təşkil edib. Bu dövrdə qeyri-neft-qaz sektoru 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sektoru 8,0 faiz, qeyri-neft sənayesi isə 4,7 faiz böyüdüyü halda, tikinti sektorunda 13,0 faizlik azalma qeydə alınıb. İnvestisiya fəallığının artması nəticəsində əsas kapitala yönəldilən vəsaitlər 13,8 faiz artaraq 9,3 milyard manata çatıb.
İnflyasiya 5,8 faiz səviyyəsində sabitləşərək əhalinin alıcılıq qabiliyyətini qoruyub; orta aylıq nominal əməkhaqqı 7,0 faiz artaraq 1174,4 manat, adambaşına düşən gəlirlər isə 678,0 manat olub. Monetar şəraitin yumşalması ilə bankların kredit portfeli 31,8 milyard manata, əhalinin əmanətləri isə 17,8 milyard manata yüksəlib və de-dollarlaşma meyli davam edib. Xarici ticarətdə 9,4 milyard dollarlıq müsbət saldo yarandığı halda, qeyri-neft ixracı 3,2 dəfə artaraq 5,5 milyard dollara çatmış, strateji valyuta ehtiyatları isə 85,8 milyard dollar təşkil edərək xarici borcu 18,6 dəfə üstələmişdir. Bu müsbət dinamika fonunda “Fitch Ratings” ölkənin kredit reytinqini “BBB-“ (investisiya dərəcəsi) səviyyəsində təsdiqləyib. Pepperoni pizza
Eyni zamanda, dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat icra olunub ki, bunun da 57,3 faizi (10,9 milyard manat) qeyri-neft-qaz sektorunun payına düşüb, icmal büdcədə isə 4,5 milyard manatlıq profisit formalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Oktyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















