Icma.az
close
up
RU
Qeyri neft qaz sektoru üzrə ÜDM üç ildə nə qədər artıb? Nazir rəqəmləri açıqladı

Qeyri neft qaz sektoru üzrə ÜDM üç ildə nə qədər artıb? Nazir rəqəmləri açıqladı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ÜDM 2022-2024-cü illərdə hər il orta hesabla 6,6 %, ümumilikdə isə 1,2 dəfə artıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov işçi qrupların ilk iclasında bildirilib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6 % olduğu halda, 2024-cü ildə 67,8 %-ə yüksəlib.

Qeyd olunub ki, 2024-cü ilin sonuna Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78 %-ə çatıb.

“2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74 %-dir. Ötən ilin sonunadək proqram çərçivəsində 21,6 milyard manat vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb”, - M. Cabbarov bildirib.

Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.

Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.

“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlı və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək”, - nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see256

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see206

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see203

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see172

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see157

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri