Icma.az
close
up
RU
Qeyri neft sektoru üzrə ixracda əsas bazarlar dəyişməz qalıb

Qeyri neft sektoru üzrə ixracda əsas bazarlar dəyişməz qalıb

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında əsas bazarlar dəyişməz qalıb.

Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı infogörsəticiyə əsasən xəbər verir ki, ən çox artım İsveçrə, Ukrayna və Gürcüstana ixracda müşahidə olunub. Türkiyəyə ixracda isə cüzi azalma qeydə alınıb.

Rusiya ixracda həm illik, həm də aylıq göstəricilərlə liderliyini qoruyub. Bu dinamika göstərir ki, Azərbaycanın qeyri-neft ixracında coğrafi diversifikasiya və artım müşahidə olunur.

2025-ci ilin yanvar-may ayları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəriciləri ölkənin iqtisadi şaxələndirmə siyasətinin uğurla davam etdiyini göstərir. Ölkənin ənənəvi və yeni ticarət tərəfdaşları ilə apardığı ixrac əməliyyatlarında müsbət dinamika müşahidə olunur. Xüsusilə 5 əsas ixrac bazarında qeydə alınan göstəricilər, həm illik müqayisədə, həm də yalnız may ayı üzrə ixrac həcmlərinin artdığını təsdiqləyir.

2025-ci ilin ilk 5 ayı ərzində Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac ölkələri olub. Həmin dövr üçün Rusiyaya ixrac 442,9 milyon ABŞ dolları təşkil edib və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon dollar artım deməkdir. Bu göstərici Rusiyanın Azərbaycanın qeyri-neft ixracında liderliyini davam etdirdiyini göstərir.

Türkiyəyə ixrac isə əvvəlki illə müqayisədə azalıb. 2024-cü ildə 264,9 milyon dollar olan ixrac, 2025-ci ilin eyni dövründə 251,4 milyon dollara düşüb. Bununla belə, Türkiyə Azərbaycanın ikinci ən böyük qeyri-neft ixrac tərəfdaşı olaraq qalır. İsveçrəyə olan ixrac həcmi isə diqqətçəkici artım nümayiş etdirib – 2024-cü ildə 47,8 milyon dollar olan göstərici 2025-ci ildə 127,9 milyon dollara yüksəlib. Bu, İsveçrəyə ixracda təxminən 2,5 dəfəlik artım deməkdir.

Eyni zamanda Gürcüstana qeyri-neft ixracı 95,8 milyon dollardan 125,5 milyon dollara yüksəlib. Ukraynaya ixrac isə 2024-cü ildə 39,9 milyon dollar olduğu halda, 2025-ci ildə 76,5 milyon dollara çatıb.

Yalnız 2025-ci ilin may ayına baxdıqda da oxşar müsbət tendensiya nəzərə çarpır. Rusiya həmin ay üzrə 121,5 milyon dollarla liderliyini qoruyub. Türkiyə 63,7 milyon dollarla ikinci, İsveçrə isə 27,4 milyon dollarla üçüncü yeri tutub. Gürcüstan və Ukrayna da müvafiq olaraq 19,7 milyon və 13,5 milyon dollarla ilk beşlikdə yer alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri