Icma.az
close
up
RU
Qeyri neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri ŞƏRH

Qeyri neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 may, AZƏRTAC

Qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişafı şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addım olub. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə çatmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və ilk Dövlət Proqramı təsdiqləndi. Bu mühüm məqamı da qeyd edək ki, ölkədə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi, modernləşdirilməsi, bu sahəyə dövlət dəstəyinin maksimum səviyyəyə çatdırılması ilə yanaşı, səmərəliliyinin artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir. Bunun üçün mühüm addımlar atılır, fərman və sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlara ayrı-ayrılıqda diqqət yönəldərək müvafiq sahədə prioritetləri açıqlayıb. Dövlətimizin başçısı bildirib ki, kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Hələ 2004-cü ilin əvvəlində qəbul olunmuş birinci beşillik Proqram bir çox məsələlərin həllinə kömək edib. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edilib. Bunun nəticəsində bütün regionlar canlanıb, bölgələrdə məşğulluq artıb və böyük infrastruktur layihələri icra edilib. Hazırda bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib. Deputat qeyd edib ki, kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiyyəti var: “Dövlətimizin başçısı müşavirədə bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər verilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan verib”.

Malik Həsənov vurğulayıb ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı bu gün də aktuallığını qoruyur: “Hər bir rayonun malik olduğu iqtisadi imkanlar nəzərə alınaraq onlarda ənənəvi kənd təsərrüfatı sahələrinin - üzümçülüyün, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı məqsədilə dövlət proqramları qəbul edilib. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi çağırışlar sırasında bu məqam xüsusi vurğulandı ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”.

Malik Həsənov vurğulayıb ki, görülən və görüləcək tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir.

Deputat bildirib ki, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi əsasdır. Azərbaycanın malik olduğu imkanlardan səmərəli istifadə etməsi, kompleks tədbirlər həyata keçirməsi, dövrün çağırışlarına uyğun olaraq addımlar atması təkmil inkişaf modeli ilə dünyanın diqqətində olmasını şərtləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri