Icma.az
close
up
RU
Qeyri neft sənayesinin inkişafına töhfə

Qeyri neft sənayesinin inkişafına töhfə

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sənaye zonalarında istehsalın həcmi 12,2 faiz artıb

2026-cı ilin birinci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 883 milyon manata çatıb. Bu dövrdə istehsal olunan məhsulların 259 milyon manatlıq hissəsi ixrac edilib, sənaye zonalarına isə 158,7 milyon manat investisiya yatırılıb. Bu dövrdə Mingəçevir Sənaye Parkında istehsalda rekord artım qeydə alınıb, istehsal 77 faiz, ixrac isə 78 faizdən çox yüksəlib.  Adıçəkilən Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.

Cari ilin ötən dövründə Sumqayıt Sənaye Parkının istehsal potensialı böyüyüb, 100 milyon manatdan çox əlavə dəyər yaradılıb. Həmçinin, müəssisədə yeni rezidentlər fəaliyyətə başlayıb, “MET-AK” MMC-yə Agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.

Sənaye Parkları qeyri-neft sektorunun inkişafına töhfə verir

Sənaye Parkları ölkəmizin iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasında mühüm əhəmiyyət daşıyır. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən, hazırda Naxçıvan və Qərbi Sənaye Parkları yaradılmaqdadır. Həmin sənaye parkları ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, bu hüquqi təşkildən sonra sənaye parklarının sayı 10-a çatmış olub və yeni parklar Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək. Eləcə də, Masallı, Neftçala, Sabirabad və Şərurda yerləşməklə 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, bu da regionlarda sənaye potensiallarının səfərbər olunması, həmin bölgələrin inkişafında mühüm rol oynamaqdadır.

Qarabağ və Şərqi-Zəngəzurda sənayeləşmə dövrü başlayıb

Qarabağ və Şərqi-Zəngəzurda sayı daha da artan sənaye obyektləri, ələlxüsus da sənaye parklarında yeni rezidentlərin fəaliyyətə başlaması isə bu bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaratmaqdadır. Hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 350 milyon manatdan çox olan 40-dan çox rezident fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 90 milyon manatdan çox investisiya yatırılıb.

Bir müddət əvvəl “Baku International Tobacco” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusunun verilməsi parkın fəaliyyət sahəsini genişləndirib. Yeni rezident tərəfindən sənaye parkının ərazisində tütün məmulatlarının istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. Təkcə bu sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 48,3 milyon manatdan çox investisiya qoyulub, 130-dan artıq iş yeri yaradılıb.

Artıq bu sənaye obyektləri azad ərazilərin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirir. 

Yeri gəlmişkən, mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) istifadəyə verilib. Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Xankəndidə yeni fəaliyyətə başlayan “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin isə illik istehsal gücü 25 milyondur. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır.

Sənaye sahəsinin inkişafı prioritetdir

Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafını daha da artırmaqdır. Bu məqsədlə sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanır. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədi ilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sənaye sahəsinin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payı 15 faiz, qeyri-neft/qaz sənaye ixracında payı isə 25 faiz olacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahənin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Bu isə öz növbəsində qeyri-neft sektorunun iqtisadiyyatımızın aparıcı artım mənbəyi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri