Qeyri sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək
Azpost saytına istinadən Icma.az xəbər verir.
Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək.
“Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək“.
Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
Torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq
“Sonraki günlərdə hava şəraitinin nisbətən sabit, illik iqlim normasına yaxın keçəcəyi gözlənilir. Amma şimaldan gələn hava kütlələri artsa, intensiv yağışlar davam edəcək. Bunun nəticəsində mail yamaclarda torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq. Eyni zamanda, intensiv yağış çaylarda sululuğun artmasına səbəb olur. Bununla da müvəqqəti çay daşqınlarının da baş verməsi gözləniləndir”, – o bildirib.
10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır
Həmçinin o qeyd edib ki, son 10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır: “Hazırda şimaldan gələn soyuq hava kütlələri üstünlük təşkil edir. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda, o cümlədən, Goranboy, Daskəsən, Şəki, Zaqatala, Balakən və s. bölgələrində sel hadisələri müşahidə olunub. Bundan əlavə, bitki örtüyü az olan zonalarda, Qəbələdə, Şəkidə və s. regionlarda kiçikmiqyaslı torpaq sürüşmələri də baş verib”.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















