Icma.az
close
up
RU
Qeysəriyyə ilə doğuş Asan yol deyil, bədənin və ruhun sınağı

Qeysəriyyə ilə doğuş Asan yol deyil, bədənin və ruhun sınağı

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Qeysəriyyə əməliyyatı bir çox qadın üçün həyatın ən önəmli, amma eyni zamanda ən çətin təcrübələrindən biridir. Bəziləri bu üsulu “asan doğuş” kimi qəbul etsə də, reallıqda vəziyyət tam fərqlidir.

Həkimlərin sözlərinə görə, qeysəriyyə əməliyyatı cərrahi müdaxilədir və onun həm fiziki, həm də psixoloji fəsadları ola bilər. Doğuşun bu üsulla həyata keçirilməsi yalnız tibbi zərurət olduqda tövsiyə olunur.

Son illər gənc analar arasında “qeysəriyyə ilə doğuş daha rahatdır” fikri geniş yayılıb. Bəziləri ağrıdan qorxduğu, bəziləri vaxt planlamasına görə bu üsulu seçir. Lakin təbiətin yaratdığı mexanizmi kəsməklə əvəzləmək nə orqanizm, nə də psixoloji vəziyyət üçün asan deyil.

Cərrahiyyə əməliyyatı zamanı qadının bədəninə kəsik atılır, daxili orqanlar müəyyən müddətlik açılır və bu, həm qan itkisinə, həm də bərpa dövrünün uzanmasına səbəb olur. Qeysəriyyə əməliyyatından sonra qadının tam sağalması bəzən həftələrlə, hətta aylarla çəkir.

Təbii doğuş zamanı qadın orqanizmi oksitosin adlı “xoşbəxtlik hormonu” ifraz edir. Bu hormon həm ana ilə körpə arasında ilkin bağın yaranmasına, həm də süd ifrazına təsir göstərir. Qeysəriyyə əməliyyatında isə bu proses süni şəkildə tənzimlənir, nəticədə bəzən emosional boşluq və “ana olma hissinin çatışmazlığı” yarana bilir.

Psixoloqlar bildirirlər ki, bu, doğuşdan sonrakı depressiyanın daha çox rast gəlindiyi hallardan biridir.

Əlbəttə, elə vəziyyətlər var ki, qeysəriyyə yeganə və doğru seçimdir. Məsələn, körpənin tərs yerləşməsi, nəbzin zəifləməsi, dölün iri olması və ya ananın təzyiq, ürək-damar problemi kimi halları. Belə hallarda bu əməliyyat ana və körpənin həyatını xilas edir. Amma tibbi göstəriş olmadan sadəcə “rahatlıq” naminə bu üsula müraciət etmək, qadının gələcək sağlamlığını risk altına sala bilər.

Qeysəriyyə əməliyyatı tibbin böyük nailiyyətidir, amma “asan yol” deyil. Bu üsul, bəzən həyatı qorumaq üçün zərurət, bəzən isə bədənin və ruhun sınağıdır.

Ən önəmlisi odur ki, hər bir qadın doğuş üsulunu seçərkən sosial təzyiqə deyil, həkim məsləhətinə güvənsin. Çünki ana olmaq üsuldan asılı deyil, ana olmaq sevgi, fədakarlıq və həyatın özüdür.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri