Icma.az
close
up
RU
Qəza AZALın bilet satışına necə təsir edəcək? AÇIQLAMA

Qəza AZALın bilet satışına necə təsir edəcək? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Qəzanın səbəbləri araşdırılır. Bədbəxt hadisə insanlarda təyyarə qorxusu yaradıb. Bu da öz növbəsində biletlərin satışına təsir edə bilər. 
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ötən gün baş verən hadisə aviasiya nəqliyyatı üzrə bir faciədir:

“Bu hadisənin həmin bazara təzyiq göstərə biləcəyi ciddi mövzu ola bilməz. Əlbəttə, hər hansı bir aviaşirkətin təyyarəsində qəzanın baş verməsi həmin aviaşirkətin imici üçün mənfidir. Dünyada hər il yüzlərlə təyyarə qəzası olur. Bu hadisələr üzrə statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda bu halların baş verməsi minimumdur”.
Ekspert diqqətə çatdırıb ki, AZAL-ın Bakı-Qroznı reysi ilə hərəkət edən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi müstəqillik tarixində üçüncü ən böyük hadisədir:
“Hadisələrdən birincisi, 1995-ci ilin 5 dekabrında baş verib. Naxçıvan-Bakı reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 52 nəfər (4 ekipaj üzvü-48 sərnişin) həlak olub. Hadisələrdən ikincisi, 2005-ci ilin 23 dekabrında baş verib. Bakı-Aktau reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 23 nəfər (4 ekipaj üzvü-19 sərnişin) həlak olub. Ötən gün baş verən bədbəxt hadisə isə artıq hər kəsə məlumdur. 25 dekabrda olan qəza AZAL-ın tarixində baş verəcək sonuncu pis hadisə olacaq. Bu hadisə nə bilet satışlarına təsir edə, nə də təzyiq göstərə bilər. Belə qəzalardan heç bir ölkə sığortalanmayıb”.
Leyla
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri