Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 avqust, AZƏRTAC
Avropa üzərində qəza siqnalı göndərən ABŞ-a məxsus “Boeing C-17A Globemaster III” hərbi nəqliyyat təyyarəsi Almaniyaya eniş edib.
AZƏRTAC “Flightradar24” məlumatlarına istinadla xəbər verir ki, təyyarənin qalxdığı yerə - Almaniyanın Spangdahlem Hava limanına eniş etdiyi bildirilir.
Təyyarə göyərtədə fövqəladə hal baş verdikdə təyin edilən “Squawk 7700” təcili yardım kodunu göndərib. Bu siqnal adətən qaçılmaz fəlakət təhlükəsi ilə əlaqələndirilir.
Qeyd edək ki, Amerika hərbi nəqliyyat təyyarəsi Avropa üzərində qəza siqnalı verib. Təyyarə Almaniya aviabazasından havaya qalxıb və Egey dənizi üzərindən geri dönüb.
Bu mövzuda digər xəbərlər:ABŞ hərbi təyyarəsi Fransa üzərində qəza siqnalı VERDİ
19 Oktyabr 2026 21:54
ABŞ nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
24 Aprel 2026 11:39
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
13 Oktyabr 2026 17:43
ABŞ təyyarəsi Fars körfəzi üzərində qəza siqnalı göndərib
05 May 2026 19:05
Rusiya təyyarəsi qəza siqnalı verdi
22 Mart 2026 22:26
Baxış sayı:192
Bu xəbər 26 Avqust 2026 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















