Icma.az
close
up
RU
Qəzada maşına dəymiş ziyanı sənəddə qeyd etmirlər HYUNDAİ SERVİSDƏN ŞİKAYƏT

Qəzada maşına dəymiş ziyanı sənəddə qeyd etmirlər HYUNDAİ SERVİSDƏN ŞİKAYƏT

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son vaxtlar sürücülərin avtomobil qəzaları zamanı bəzi servislərin dəymiş zərərin aşağı qiymətini çıxarmasından narazıları artıb. Sürücülər iddia edirlər ki, bəzi servis mərkəzləri və sığorta şirkətləri təmir xərclərini bilərəkdən minimum göstərir, nəticədə sürücülər əlavə xərc çəkmək məcburiyyətində qalırlar. Bundan əlavə, bəzi hallarda qeyri-rəsmi razılaşmalar nəticəsində qiymətləndirmə real vəziyyəti əks etdirmir.

Avtosfer.az xəbər verir ki, analoji hal Nəvai Əhmədov başına gəlib. 77-BB-102 qeydiyyat nişanlı “Hyudnai” markalı avtomobilin sahibi deyib ki, maşın park halında olarkən yoldan keçən başqa bir avtomobil tərəfindən vurulub. Hadisədən sonra sığorta şirkətinə müraciət edib və onu Xırdalan şəhərində yerləşən “Hyundai” avtoservisə yönləndiriblər. Servis əməkdaşları maşına baxış keçirdikdən sonra qiymətləndirmənin 7 iş günü ərzində aparılacağı və nəticələrin açıqlanacağı bildirilib.

Lakin şikayətçi avtomobilin sükanında əyilmə və təkərlərdən gələn anormal səsin olduğunu qeyd edərək, bunun hadisə nəticəsində baş verdiyini iddia edib. O, avtoservis işçilərinə videoda da açıq şəkildə görünən məqamı – maşının təkərinin zərbədən bordürə çırpıldığını göstərib. Bu, avtomobilin sükan sisteminə və təkərlərinə təsir edərək nasazlıqlara səbəb olub. Sükan əyilib, maşın hərəkətdə olarkən zədələnən təkərdən uğultu səsi gəlir. Buna baxmayaraq, qiymətləndirmə aparan şəxs həmin problemlərin hadisə ilə əlaqəsi olmadığını iddia edib və onları hesaba almaqdan imtina edib.

Şikayətçi bu yanaşmadan narazıdır və qeyd edir ki, avtoservis avtomobilə dəyən real zərəri tam şəkildə qiymətləndirmir. O, əlavə ödəniş tələb etmədiyini, yalnız sığorta tərəfindən avtomobilinin bütün zərərinin qarşılanmasını istədiyini bildirir.

Sürücünün şikayəti üzrə “Hyundai” servislə əlaqə saxladıq. Servisin Xırdalan şöbəsindən sorğumuza cavab olaraq bildirildi ki, avtomobil servisdə yoxlanılarkən hansısa səs müşahidə edilməyib.

“Qiymətləndirmə prosesi zamanı sürücü səs gəlməsi ilə bağlı məlumat verib. Servisdə yoxlama aparılarkən sürücünün qeyd etdiyi kimi hala rast gəlinməyib. Yenidən yoxlanış keçiriləcək. Sürücünün şikayəti üzrə hansısa problemə rast gəlinsə, qiymətləndirmə üzrə qeydə alınacaq”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri