Qəzada maşında sıxılı qalan oğlan belə xilas edildi Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və 19 yaşlı oğlan avtomobildə sıxılı vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Changan” markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Oktyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















