Icma.az
close
up
RU
Qəzada ölən müəllim yeni maşınıyla dərsə gedirmiş

Qəzada ölən müəllim yeni maşınıyla dərsə gedirmiş

Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.

Axar.az Tns.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S.Abuzərova səhər saatlarında yeni aldığı “Daevoo” markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S.Abuzərova hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.

“Toyota” markalı avtomobillə “Daevoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

seeBaxış sayı:20
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri