Icma.az
close
up
RU
Qəzada ölənlərin hekayələri ürəkləri parçaladı Reallaşmayan arzular, yarım qalan həyatlar...

Qəzada ölənlərin hekayələri ürəkləri parçaladı Reallaşmayan arzular, yarım qalan həyatlar...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanda son 30 ildə qeydə alınmış ən böyük aviasiya faciəsi zamanı həyatını itirənlərin şəxsiyyəti və həyat hekayələri tədricən üzə çıxır. 

Qaynarinfo xəbər verir ki, yeni həyata başlamaq üçün Birləşmiş Krallığa köçən gənclərdən tutmuş bayram tətilindən sonra evə qayıdan ailələrə qədər - itkilərin hər biri arxasında ürəkağrıdan bir hekayə buraxıb. Hələlik qəzanın səbəbi tam məlum olmasa da, qəza yerində tapılmış "qara qutu"nun səlahiyyətli orqanlara cavab tapmaqda yardım edəcəyi gözlənilir.

Sahil Patel üçün arzular reallaşmışdı

Patel ailəsi bu ilin aprelində böyük bir sevinc yaşamışdı. Onların övladı Sahil İngiltərə hökumətinin Hindistan Gənc Peşəkarlar Proqramı çərçivəsində viza lotereyasını udmuşdu. Patel iki illik iş vizası qazanan 3 min gəncdən biri idi. Qujarat əyalətinin Sarod kəndindən olan 25 yaşlı bu gənc üçün bu viza Londonda yeni həyata başlamaq şansı demək idi.

Lakin cəmi iki ay sonra bu sevinc yasa çevrilib. Sahil Patel dünən havaya qalxdıqdan bir neçə saniyə sonra qəzaya uğrayan və 241 nəfərin həyatına son qoyan AI 171 reysi ilə səyahət edirdi.

Möcüzəvi şəkildə sağ qalan yeganə sərnişin


Qəza zamanı yeganə sağ qalan şəxs 11A nömrəli oturacaqda əyləşmiş Böyük Britaniya vətəndaşı Vişvaş Kumar Rameş olub. 40 yaşlı Rameşi Hindistanın baş naziri Narendra Modi xəstəxanada ziyarət edib. 

Rameş "DD News"a açıqlamasında deyib: "Təyyarə havaya qalxandan 5-10 saniyə sonra sanki havada dondu. Yaşıl və ağ işıqlar yanıb-sönməyə başladı. Təyyarə yüksəlmirdi, sadəcə süzülürdü. Sonra qəfil bir binaya çırpıldı və partladı. Sağ qaldığıma inana bilmirəm".

O bildirib ki, təhlükəsizlik kəmərini açaraq bir boşluqdan çölə çıxmağı bacarıb.

Tələbələr, ailələr, gənc arzular...

"Al Jazeera" xəbər verir ki, təyyarədə təhsil almaq üçün İngiltərəyə gedən tələbələr, Qujaratda toydan qayıdan bir ailə, Qurban bayramı üçün Hindistana gələn və geri dönən ailələr, eləcə də Sahil Patel kimi böyük ümidlərə sahib olan gənclər olub.

Rakeş Deora həkim olacaqdı

Qəza zamanı təyyarə BJ Tibb Kollecinin binasına çırpıldığından orada nahar edən 70-dən çox tibb tələbəsi də həlak olub. Onlardan biri - tibb fakültəsinin ikinci kurs tələbəsi Rakeş Deoradir. Onun cənazəsini ailəsi müəyyən edib.

"Qara qutu" tapıldı, səbəblər araşdırılır

Qəzanın dəqiq səbəbi hələlik məlum deyil. AFP xəbər verir ki, səlahiyyətli qurumlar hadisə yerindən bir "qara qutu" çıxarıb. Hindistan Mülki Aviasiya Baş İdarəsinin nümayəndəsi bildirib ki, cihazın içindəki məlumatlar hələlik açıqlanmayıb. Sosial şəbəkələrdə motor nasazlığı, quş çarpması və ya qanadlardakı texniki problemlərlə bağlı müxtəlif ehtimallar irəli sürülür. Britaniyanın Hava Qəzaları Araşdırma İdarəsinin (AAIB) mütəxəssislərinin də Hindistana göndərildiyi və araşdırmaya dəstək verdiyi qeyd olunur.

İrfanın valideynləri üçün acı gün

Qəza zamanı həlak olanlardan biri də 22 yaşlı stüard İrfan olub. Onun meyitini valideynləri Əhmədabad Dövlət Xəstəxanasında tanıyıb. Atasının "Niyə bizə bu cəza verildi?" fəryadı xəstəxana dəhlizində əks-səda doğurub. 

Anası isə "Yalan deyirsiniz, bu mənim oğlum ola bilməz" sözləri ilə üsyan edib.


Syed ailəsinin bayram tətili faciə ilə bitdi

Syed ailəsi - Nəfisə Bano, əri İnayat Əli və uşaqları Taskin və Vaqi Əli - bayram üçün Hindistana gəlmişdi. Tətilləri gözəl keçmişdi, ancaq geri dönərkən faciə ilə üzləşiblər. Ailə üzvlərini yalnız Nəfisə Banonun boynundakı qızıl boyunbağıdan tanımaq mümkün olub.

Kasıb sürücü Rajeş Patel də ağır xəsarət alıb

Çəkçək sürücüsü, 50 yaşlı Rajeş Patel qəza nöqtəsindən cəmi 500 metr aralıda müştəri gözləyirmiş. Təyyarənin qəzaya uğraması və partlayış nəticəsində alovların içində qalıb. Hazırda reanimasiyadadır, ailəsi dua edir.

Rəqəmlər hələ də tam deyil

Hindistanın daxili işlər naziri Amit Şah qəzada yerə düşən təyyarənin təsir etdiyi ərazidə azı 24 nəfərin də həyatını itirdiyini bildirib. O qeyd edib ki, dəqiq rəqəm yalnız DNT analizlərindən sonra məlum olacaq.


Tara Ben təsadüfən xilas oldu

Meqaninaqar məhəlləsində yaşayan Tara Ben qəza anında evində istirahət edirmiş. Qəfil partlayış səsi onu yerindən tullayıb. Çölə qaçıb və qəzaya şahidlik edib. 

"Əgər təyyarə bir neçə yüz metr daha yaxın düşsəydi, burada yaşayan heç kim sağ qalmazdı", deyə o, bildirib.

Xilasedici Tofiq Mansuri danışdı

Təcrübəli xilasetmə işçisi Tofiq Mansuri bildirib ki, həyatında gördüyü heç bir faciə onu bu hadisəyə hazır etməyib. Xüsusilə 2-3 yaşlı bir uşağın cansız bədənini çıxaranda sarsıldığını deyən Mansuri deyib:

"Biz bunun təlimini almışıq, amma belə bir şeyin təlimi ola bilməz".

Son zəng: "Heç bir problem yoxdur"

Qəza zamanı təyyarədə olan Aşfaq Nanabavanın qohumu Akeel onun, həyat yoldaşı və 3 yaşlı qızı ilə birgə İngiltərəyə dönmək üzrə olduğunu bildirib. Akeel deyib ki, Aşfaq ona zəng edib "Təyyarədəyik, hər şey yaxşıdır" deyib. Bu onların son danışığı olub. 

Yaşlı bir qadın isə kürəkəninin təyyarədə olduğunu, qızına onun öldüyünü necə deyəcəyini bilmədiyini bildirib: "Mən deyə bilmirəm, kimsə desin, xahiş edirəm!"

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see151

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see139

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Qızımın 23 yaşı olacaq, elçilər gəlmir

11 Dekabr 2025 06:36see134

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri