Qəzada xəsarət alan: Qazaxıstanda bizə yaxşı baxıblar, burada da qayğımıza qalırlar
Report.az saytına istinadən Icma.az xəbər verir.
Buradakı şəraitdən razıyıq, bundan lap yaxşı olmur.
“Report” xəbər verir ki, bunu təyyarə qəzasından sonra Qazaxıstandan Azərbaycana gətirilən Zaqatala rayon sakini Nurulla Siracov söyləyib.
“Barmağım qırılıb, gipsdədir, bir də əziklərim var. Qazaxıstanda bizə yaxşı baxdılar. Burda da yaxşı qayğımıza qalırlar. Bütün şəraitdən razı qaldıq. Bundan yaxşı olmur – o qədər yaxşı baxırlar”, – o qeyd edib.
Siracov həyat yoldaşından bixəbər olduğunu vurğulayıb: “Yoldaşımın harada, necə olduğunu bilmək istərdim. Onunla görüşməyə tələsirəm. Təyyarədə yanaşı oturmuşduq. Ondan sonra onu görməmişəm. Bircə darıxdığım yoldaşımdır”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Dekabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















