Qəzada yaralanan gənc: Sərnişinlərdən biri təhlükədən xəbərdar olanda huşunu itirdi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə yaşadıqlarından danışıb.
Onun sözlərinə görə, təyyarə 3-cü dəfə enişə cəhd edəndə artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:
"Əvvəlcə bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzmüşdük".
A.Bayramzadə onu da qeyd edib ki, sərnişinlərdən biri təhlükədən xəbərdar olanda huşunu itirib:
"Ona kömək edib, ayıltdılar. Hökumə xanım dedi ki, heç kim yerindən qalxmasın, kəmərləri taxsın, məcburi qəza enişi etməliyik. Ekipaj üzvləri bizi qorxutmadılar. Hər şeyin yaxşı olacağını dedilər".
Daha ətraflı Baku TV-nin süjetində:
Qəzada yaralanan gənc: "Sərnişinlərdən biri təhlükədən xəbərdar olanda huşunu itirdi"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















