Icma.az
close
up
RU
“Qəzaların əsas səbəblərindən biri məsuliyyətsiz sürücülərdir” Sosioloq

“Qəzaların əsas səbəblərindən biri məsuliyyətsiz sürücülərdir” Sosioloq

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Maşın sahiblərinin sayının artması ilə paralel olaraq, hər vasitə ilə sürücülük vəsiqəsi almaq istəyənlərin sayı da çoxalır. Təəssüf ki, bəzi sürücülər qaydalara əməl etmədən, təhlükəsizlik prinsiplərini bilmədən və yeni texnologiyalara güvənərək vəsiqə əldə edirlər. Belə şəxslərin sükan arxasında davranışı çox vaxt təsadüflərdən asılı olur və nəticədə düzgün qərar qəbul etməmələri və ya səhlənkarlıqları çoxsaylı qəzalara yol açır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında sosioloq Naib Niftəliyev deyib:

“Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Əlbəttə, hər kəsin avtomobil idarə etməsinin əleyhinə deyilik. Amma bunun öz şərtləri və qaydaları var. Şəxsi avtomobil sürmək istəyənlər öncə keyfiyyətli sürücülük təhsili almalı, müvafiq bilik və bacarıqlara yiyələnməli, yalnız bundan sonra sükan arxasına əyləşməlidirlər. Sürücü yalnız özünü deyil, sərnişinləri, digər sürücüləri və bütün yol hərəkəti iştirakçılarını da risk altına atdığını unutmamalıdır”.

Sosioloqun fikrincə, qəzaların artmasına təsir göstərən digər mühüm amillərdən biri avtomobil sayının sürətlə çoxalmasıdır:

“İkinci amil yolların və nəqliyyat infrastrukturunun bu yükü qarşılamaq imkanlarının məhdud olmasıdır. Yolların genişliyi, zolaqların düzgün tənzimlənməsi və infrastrukturun müasir standartlara cavab verməsi təhlükəsizlik baxımından həlledici rol oynayır.

Hazırda Bakıda və bəzi bölgələrdə ağıllı nəqliyyat idarəetmə sistemi tətbiq olunur. Lakin qəza statistikasının yüksək qalması göstərir ki, bu sistemin təkmilləşdirilməsinə ehtiyac var. Paralel olaraq, sürücülərin şəffaf imtahanlarla seçilməsi və peşəkarlıq səviyyəsinə ciddi nəzarət vacibdir. Xüsusilə ictimai nəqliyyat sürücülərinin peşəkarlığına xüsusi önəm verilməlidir. Problemin həllində yol infrastrukturunun mütəmadi yenilənməsi də böyük əhəmiyyət kəsb edir”.

Sosioloq hesab edir ki, yolların genişləndirilməsi, əlavə zolaqların yaradılması, qovşaq və körpülərin artırılması, qabaqcıl ölkələrin təcrübəsindən faydalanılması bu sahədə vəziyyəti yaxşılaşdıra bilər:

“Nəticə etibarilə, peşəkarlıq, təcrübə, müasir infrastruktur və sərt qaydalar müəyyən qədər nəticə versə də, əsas məsələ sürücülük vəsiqəsinin yalnız həqiqətən layiq olan şəxslərə verilməsidir. Yalnız məsuliyyətli sürücülük davranışı qəzaların azalmasına və yol təhlükəsizliyinin təmin olunmasına real töhfə verə bilər”.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri