Qəzalı bina ilə bağlı Qərargah operativ işlərini davam etdirir FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi -4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi və bunun nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargah üzvləri və digər aidiyyəti məsul şəxslər ərazidə operativ və işgüzar işlərini davam etdirir.
"Unikal" xəbər verir ki, rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərdövlətlayihə Gəncə Regional şöbəsinin mudiri Rüstəm Mehtiyev, FHN-nin Aran Regional Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri bina və sakinləri ilə bağlı görülən işlərlə bir daha yaxından tanış olmaq məqsədilə ərazidə oldular.
İcra Başçısı bir qrup bina sakinləri ilə görüşdü, yaranmış problemin aradan qaldırılması istiqamətində, aidiyyəti yuxarı dövlət qurumları ilə müvafiq əlaqəli işlər aparıldığını və bu məsələnin birbaşa Dövlət Başçısının diqqətində və nəzarətində olduğunu bildirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Noyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















