Icma.az
close
up
RU
Qəzanın pərdəarxası: AZALın təyyarəsinə raket zərbəsi endirilib? DETALLAR

Qəzanın pərdəarxası: AZALın təyyarəsinə raket zərbəsi endirilib? DETALLAR

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZAL-ın Bakı-Qroznı reysi ilə uçan və Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Qəzaya görə Rusiya səfərindən geri qayıdan və Heydər Əliyev Beynəlxalq Hava Limanında müşavirə keçirən Prezident İlham Əliyev də bildirib ki, müxtəlif versiyalar var.
“Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir”, - qəza ilə bağlı komissiyanın yaradılmasına göstəriş verən dövlət başçısı deyib.

Səbəblər hər kəs üçün maraqlıdır, əslində bu qədər versiyanın səslənməsi də bundan qaynaqlanır. Və ana sual “AZAL təyyarəsi necə qəzaya uğrayıb” olaraq qalır.
Təyyarə qəzalarına ən çox səbəb olan versiyalar bu hadisədə də ön plana çıxır.
1. Quş sürüsü ilə toqquşma;
2. Təyyarənin texniki nasazlığı;
3. Pilotların yanlış qərarı;
4. Kənar müdaxilə - raket zərbəsi və s.
Birinci versiya AZAL tərəfindən ilk dəqiqələrdə verilən açıqlamada irəli sürülsə də, qısa müddətdə gündəmdən düşdü. Çünki yayılan görüntülərdə təyyarənin quş sürüsü ilə toqquşması izləri nəzərə çarpmırdı və havada baş verənlər – Qroznıda və Mahaçqalada qəbul edilməməsi, dənizin üzəri ilə Aktauya doğru hərəkət etməsi, qəza enişinin kadrları da bu versiyanı sıradan çıxarır.
İkinci versiya AZAL-ın müasir təyyarə parkı fonunda zəifləyir. Azərbaycan dünyada təyyarə qəzalarının ən az baş verdiyi ölkələrdəndir və müstəqilliyin bərpasından sonra indiyə qədər cəmi iki belə böyük – 1995 və 2005-ci illər – hadisə yaşanıb. AZAL hər il Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Əməliyyat Təhlükəsizliyi Auditi) standartına uyğunluğu üzrə audit prosedurundan uğurla keçir, eyni zamanda, şirkət bu ilin yanvarında yenidən beynəlxalq “Skytrax” World Airline Awards mükafatının “Mərkəzi Asiya və MDB məkanında ən yaxşı regional aviaşirkət” nominasiyası üzrə qalibi olub. Dünya miqyasında hava yollarının keyfiyyətini və səmərəliliyini qiymətləndirmək üzrə ixtisaslaşan AirHelp şirkətinin sonuncu reytinqində (2024-cü ilin oktyabr-noyabr ayları) AZAL-ın 25-ci yerdə qərarlaşması da belə nümunələrdəndir. Bu versiyanı arxa plana keçirən çoxsaylı göstəricilər var.

Xüsusi qeyd: qəzaya uğrayan “Embraer-190” təyyarəsi 2013-cü il istehsalıdır, sonuncu texniki baxışdan bu ilin 18 oktyabr ayında keçib, son yoxlanışdan sonra 671 saat uçuş həyata keçirib.
Üçüncü versiya AZAL-ın peşəkar pilot komandasının olduğu reallığı ilə uzlaşmır. Qəzadan sonra AZAL xidmətindən istifadə etmiş sərnişinlərin sosial şəbəkədə yazdıqları da bunun əyani nümunəsidir. Şirkətin beynəlxalq reytinqinin ölçülməsində peşəkar pilot komandası da əsas göstəricilər arasındadır. Və sonuncu qəzada sərnişinlərin yarısının sağ qalması da peşəkar pilot amilindən qaynaqlanır. Burada dünyada baş verən təyyarə qəzalarında sərnişinlərin çox az hissəsinin sağ qalması detalı da nəzərdən qaçmamalıdır.
Xüsusi qeyd: qəzaya uğrayan “Embraer-190” təyyarəsinin kapitan pilotu İqor Kşnyakin 11200 saatı kapitan olmaqla 15 min saatdan çox uçuş edən təcrübəli mütəxəssisdir.
Bu faktlar bütün diqqəti dördüncü versiyaya – təyyarənin kənar müdaxilə ilə qəzaya uğraması ehtimalına yönəldir. Və bu ehtimalı gücləndirən çoxsaylı detallar mövcuddur.
a) Təyyarənin yanğına məruz qalmayan arxa hissəsində içəriyə doğru meyl edən və mərmi izləri ehtimal olunan çoxsaylı dəliklər var;
b) Qəzadan öncə təyyarənin salonunda sərnişinlərdən birinin ayağından yaralandığı iddia edilən görüntülər var;
c) Sağ qalan sərnişinlər arasında Qroznı şəhəri üzərindən təyyarənin çöl hissəsindən partlayış səsinin eşidildiyini deyənlər var;

Və bütün bunların fonunda açıq qalan suallar da mövcuddur:
- Təyyarə Qroznı hava limanında niyə qəbul edilməyib?
- Niyə Mahaçqala hava limanı da eyni imtina qərarını verib?
- Təyyarə niyə dənizin üzəri ilə Aktau şəhərinə doğru istiqamət alıb?

Cavab axtarışı və diqqətdən yayınmayan detallar dekabrın 25-də səhər saatlarında Qroznıda baş verənlərə yönəldir. Qəza ilə bağlı məlumatlar yayılmamışdan öncə, Rusiya mediası Ukrayna PUA-larının Qroznıya hücum etdiyini, şəhərin səmasında 59 PUA-nın məhv edildiyi xəbərini tirajlamışdı. Qroznıya hücumla şəhərə uçan təyyarənin qəzaya uğraması yaxın saatlarda qeydə alınan hadisədir. Və qəzanın necə baş verə biləcəyinə dair təxminlər irəli sürmək imkanı yaradır.

Mümkün ssenari: təyyarə Qroznı səmasında Ukrayna PUA-ları və Rusiya hava hücumundan müdafiə sistemlərinin hava döyüşünün arasında qala bilərdi; zərbələrin PUA-lar, yaxd Rusiya HHM tərəfindən endirilməsi mümkündür, hərçənd, qəzadan sonra təyyarənin arxa hissəsində görünən dəliklər daha çox ikinci versiyanı – Rusiya HHM-nin zərbə endirməsi haqda fikirləri gücləndirir; sağ qalan şahidlərin dedikləri də təyyarənin vurulduğu versiyasını artırır; Rusiyalı ekspertlər, eləcə də OSINT-nin (Açıq Mənbə Kəşfiyyat) araşdımasında da təyyarənin “Pantsir-S1” raketləri ilə vurulduğu ehtimalı üzərində dayanılır;
Mümkün hücum təxribat idi, yoxsa...
Bunun təxribat olub-olmaması sual altındadır, lakin nəzərə almaq lazımdır ki, Qroznı səmasını döyüş meydanına çevirən Rusiya və Ukrayna da Azərbaycanla münasibətlərin pozulmasında maraqlı deyil, bu baxımdan, hücumun məqsədyönlü şəkildə edilməsi ehtimalı azdır. Mümkündür ki, təyyarə Rusiya HHM ilə Ukrayna dronlarının “taranına” düşüb.

Lakin əsas məqam qəzaya uğrayan (yaxud vurulan) təyyarənin niyə Xəzərin üzərindən keçərək, Aktauna doğru istiqamət almasıdır. Burada bir neçə mümkün ehtimal var.
1. Aktau dəniz mili ilə daha yaxın məsafədə yerləşdiyi üçün təyyarə Bakıya yox, məhz bu istiqamətə yönəlib;
2. Bakıya qayıdış marşrutu relyef baxımından daha təhlükəli olub;
3. Təyyarənin radar sistemi sıradan çıxdığı üçün marşrut seçimi mümkün olmayıb;
4. Qroznı qülləsi vurulma izini itirmək üçün təyyarəni bilərəkdən Aktau istiqamətinə yönəldib ki, dənizə düşsün və təbii qəza görüntüsü yaransın;
Ekipaj və qüllə arasında danışıqların stenoqramı sonuncu ehtimalı zəiflətsə də, “Çeka-NQPU” teleqram kanalının yazdıqları diqqət çəkir. Ekipajla Qroznıda dispetçer arasında aparılan danışıqların təhlilindən təyyarənin PUA tıxacının qurbanı olduğunu nəticəsi çıxır.
Təyyarə enişə keçəndə onun GPS sistemi işləməyib və nəzarətçi ilə “radar əlaqəsi” itib. Pilot belə şəraitdə təyyarəni endirmə bilməyib və Bakıya uçmaq qərarına gəlib, bu məqsədlə dönməyə başlayanda yaxınlıqda partlayış baş verib: hər şey təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu göstərir.

Stenoqramdan çıxan nəticə:
- Saat 07:53 və 07:55-də sistemlər tamamilə sönüb, ekipaj dispeçerə zona naviqasiyasından istifadə edə bilmədiklərini deyib. Dispetçer də “radar əlaqəsini” itirdiyi üçün təyyarəni eniş üçün istiqamətləndirə bilməyib. Təyyarəni endirmək üçün ilk cəhd 07:36-da edilib. Bu zaman rabitə tez-tez kəsildiyi, yaxud havada müdaxilə olduğu üçün ekipaj təyyarənin uçduğu hündürlük məlumatlarını dəqiqləşdirərək, kor-koranə enməyə çalışıb. Lakin enmək cəhdləri baş tutmayıb.
- Saat 08:10-dan 08:11.50-dək səsssizlik olsa da, ekipaj 26 nömrəli uçuş-enmə zolağına düşmək əvəzinə “Bakıya gedirik” deyə bildirib.
- Saat 08:12-də ekipaj yenidən hər iki GPS sensorundan siqnal itkisi barədə məlumat verir və nəzarətçidən uçuşu koordinasiya etməyi xahiş edir.
- Saat 08:16-da ekipaj həyacanlı məlumat verir: “İdarəetmələr uğursuz oldu, kokpitdə quş zərbəsi oldu (səslər qırılır və eşidilmir)”.
Məhz bu zaman təyyarənin yaxınlığında partlayış təsiri bağışlayan səslər eşidilir.
“VChK-OGPU” teleqram kanalı mənbələrinə istinadən yazır ki, hər şey Çeçenistanın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bir neçə hərbi hissənin yerləşdiyi Naurski rayonu üzərində baş verib. Saat 08:18-də ekipaj dispetçerə təyyarəyə nəzarəti itirdiklərini bildirib. Daha sonra Mahaçqala hava limanı haqqında məlumat tələb ediblər və dəfələrlə hidravlikanın fəaliyyətini dayandırdığını deyiblər.

Təyyarənin vurulduğu yeri hesablayan “Çeka-NQPU” kanalı da yazır ki, bu, hərbi hissələrin yerləşdiyi Naurski rayonu üzərində olub. ekipajla dispetçerin danışıqlarının snetoqramını təhlil edən mütəxəssislər qeyd edirlər ki, pilot təyyarəyə dəyən güclü zərbəni quş sürüsü ilə toqquşma kimi qəbul edib. Reallıqda isə hava hücumundan müdafiə sistemləri tərəfindən buraxılan raket təyyərənin yaxınlığında partlayıb və zədələyib. Partlayış təxminən 18 kilometr şimalda, Qroznı hava limanından şimal-qərbdə, Naurski rayonu üzərində 2,4 min metr yüksəklikdə baş verib.
Əsas diqqətçəkən məqamlardan biri isə təyyarənin qalıqlarını gözdən keçirən qəza ilə bağlı yaradılmış dövlət komissiyasının üzvləri arasındakı dialoqdur. Dialoqda təyyarənin vurulma ehtimalı müzakirə olunur və təyyarənin quyruq hissəsindəki dəliklərin çöldən içəri girməsi, yerə çırpılmaqla belə dəliklərin açılmasının mümkünsüz olduğu qeyd edilir.


Qəza ilə bağlı Qazaxıstana səfər edən və hadisə şahidləri ilə görüşən fövqəladə hallar naziri Kəmaləddin heydərova təqdim edilən videogörüntülərdə təyyarənin havada olarkən sol qanad hissəsinin zədələnməsi detalı da diqqətdən yayınmır.
Bütün detallar “Embraer-190” təyyarəsinin qəzaya düşməsində kənar müdaxilənin – raket, yaxud PUA zərbəsinin səbəb olduğu şübhələrini gücləndirir. Təbii ki, Prezident İlham Əliyevin də dediyi kimi, qəza ilə bağlı yaradılmış komissiya bütün təfərrüatlarını aydınlaşdıracaq və gerçək səbəblər məlum olacaq.
Asif Nərimanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://publika.az
archiveBu xəbər 26 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri