Qəzasda yaralananların 9u evə buraxıldı FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.
Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir.
Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir.
Baxış sayı:58
Bu xəbər 30 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















