Qəzaya düşən ANAMA əməkdaşlarının son vəziyyəti AÇIQLANDI
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü il 9 dekabr tarixində Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Modern.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır.
Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.
***
15:42
ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.
Modern.az "trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla ovtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.
Qəza zamanı xəsarət alanlar ANAMA əməkdaşları olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















