Qəzaya düşən maşının şüşəsini qırıb kömək etdi, qınadılar VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Türkiyənin İstanbul şəhərində baş verən yol-nəqliyyat hadisəsində çevrilən avtomobilə yardım etmək istəyən motosiklet sürücüləri gözləmədikləri reaksiya ilə qarşılaşıblar.
Avtosfer.az xəbər verir ki, qəza zamanı avtomobildə sıxışan sərnişinləri çıxarmaq üçün maşının şüşəsini sındıran motosiklet sürücüsünə avtomobilin sahibi irad bildirib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanın ardından əraziyə yaxın olan motosikletçilər dərhal yardıma qaçıblar və sərnişinləri xilas etmək üçün bütün səylərini göstəriblər. Lakin qəza zamanı xilasetmə məqsədilə sındırılan şüşə avtomobil sahibinin narazılığına səbəb olub. Bu vəziyyət sosial mediada da geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb, lakin bu cür reaksiyalar ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















